Məhkəmə qərarları › İş №8(039)-106/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-106/2022

04.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-106/2022 04.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(039)-1787/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(039)-1787/2021 saylı qətnaməsi ilə 2383.02 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu Azərişıq ASC-nin xeyrinə tutulması qət edilmişdir. Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(039)-1787/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Borclu məhkəməyə ərizə ünvanlayaraq, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Borclu ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, Borclu Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(039)-1787/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi haqqında ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(039)-1787/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Borclu qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar