Məhkəmə qərarları › İş №8(039)-107/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-107/2022

07.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-107/2022 07.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi X1 iştirakı ilə X1 Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsinə dair icra məmurunun qərarının ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və "xxxx" ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi, mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin edilməsi; cavabdeh "xxxx" ASC-dən 01 avqust 2019-cu il tarixdən 01 sentyabr 2020-ci il tarixədək hər ay 138 manat hesablanmaqla ödənilməyən 1794 (bir min yeddi yüz doxsan dörd) manat ödənc və 01 sentyabr 2020-ci il tarixdən hər ay 138 (bir yüz otuz səkkiz) manat aylıq ödənc alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı qətnaməsi icra sənədi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Beydulla Sadıqzadə 16 may 2022-ci il tarixli qərarla Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020ci il tarixli 2(039)-1785/2020 saylı icra sənədi üzrə icraata xitam vermişdir. X2 məhkəməyə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin 16 may 2022-ci il tarixli qərarından şikayət verərək, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020ci il tarixli 2(039)-1785/2020 saylı icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin 16 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəni müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və "xxxx" ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi, mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin edilməsi; cavabdeh "xxxx" ASC-dən 01 avqust 2019-cu il tarixdən 01 sentyabr 2020-ci il tarixədək hər ay 138 manat hesablanmaqla ödənilməyən 1794 (bir min yeddi yüz doxsan dörd) manat ödənc və 01 sentyabr 2020-ci il tarixdən hər ay 138 (bir yüz otuz səkkiz) manat aylıq ödənc alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Beydulla Sadıqzadə 16 may 2022-ci il tarixli qərarla Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı icra sənədi üzrə icraata xitam vermişdir. Bu səbəbdən də onun qətnamə ilə müəyyən edilmiş aylıq ödənişi ödənilmir. Borcluya və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru icraata başlama haqqında qərar qəbul etmiş və borcluya ödəniləcək məbləğin ödənilməsini təmin edilmişdir. Lakin 01 sentyabr 2020-ci il tarixdən hər ay ödənilməli olan 138 manat pul hissəsi icra edilməmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin 16 may 2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu rayon rayon İcra və Probasiya şöbəsinin 16 may 2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərarı ləğv edilsin. Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(039)-1785/2020 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar