Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-111/2022 25.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 Yevlax Rayon Məhkəməsinin 2(039)-1909/2019 saylı, xx.xx.2019-cu il tarixli və Yevlax Rayon Məhkəməsinin 2(039)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə təqdim etdiyi təqdimatdan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1909/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş və Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayan Borclu xx.xx.2016-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatan kimi saxlanılmaları üçün 24 iyul 2019cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 100 manat olamqla, cəmi 200 manat sabit pul məbləğində aliment və Yevlax Rayon Məhkəməsinin 2(039)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 15 dekabr 2018-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar yaranmış xərcləri ödənilməsi üçün hər ay 40 manat məbləğində pul tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Borclu könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq icra etməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Tələb borclu tərəfindən könüllü qaydada ödənilmədiyindən, tələbin borclunun əmlaka yönəldilməsi məqsədilə müvafiq sorğular edilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcək əmlak və gəlir aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1909/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2016-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatan kimi saxlanılmaları üçün 24 iyul 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 100 manat olamqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-1909/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli, 132253 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-222/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 15 dekabr 2018-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar yaranmış xərcləri ödənilməsi üçün hər ay 40 manat məbləğində pul tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-222/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli, 7637/2020-36-2 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra Haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərardadı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1909/2019 saylı, xx.xx.2019-cu il tarixli və Yevlax Rayon Məhkəməsinin 2(039)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə borclu- xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş və Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-111/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-111/2022
25.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver