Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-115/2022 29.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-362/2022 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-362/2022 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-362/2022 nömrəli icra sənədinə əsasən, Borclu 568 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X1 ödənilməlidir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin icra edilməsi üçün bildiriş və inzibati xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixli poçt xəbərnaməsindən görünür ki, Borclu icra edilməsi üçün xəbərdarlıq almışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-362/2022 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1983-cü ildə Yevlax rayonu, Qoyunbinəsi kəndinə doğulmuş və Yevlax rayonu, Qoyunbinəsi kəndinə qeydiyyatda olan Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-115/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-115/2022
29.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver