Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-116/2022 04.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, X1 iştirakı ilə, İddiaçı X13 cavabdehlər X23, X24, X9, X10, X14 və X11 qarşı əmlakın naturada ayrılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-45/2022 №-li, 23 may 2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X26 tərəfindən verilmiş ərizəyə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X26 cavabdehlər X23, X24, X9, X10, X14 və X11 qarşı əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X17, X18, X5, X6, X12, X7 və onun mülkiyyətində olan Yevlax rayonu, Nurallar kəndində yerləşən, kənd təsərrüfatı üçün nəzərdə tutular 24 dekabr 2019-cu il qeydiyyat tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışla verilmiş 4.33 ha torpaq sahəsindən onun mülkiyyətində olan torpağın 2.53 ha hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 23 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 dekabr 2019-cu il tarixli çıxarışa əsasən Yevlax rayonu, Nurallar kəndində tərəflərə məxsus 4.3359 ha torpaq sahəsindən X13 2.532 hissədə payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə naturada ayrılmış, cavabdehlər X15, X16, X2, X3, X8 və X4 430 manat alnaraq iddiaçı X19 ödənilməsi qət edilmişdir. X26 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsinin icra edilməsi üçün torpağın hansı hissəsindən verilməsi ilə əlaqədar rəsmi izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X26 ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddia əizəsində xüsusi qeyd etməsə də, iddia tələbini irəli sürərkən 4.3359 ha torpaq sahəsinin qərb tərəfinin ona ayrılmasını nəzərdə tutmuşdur. Belə ki, torpaq sahəsinin qərb hissəsinin ona ayrılarsa torpaq sahəsinin hər iki hissəsinə gediş-gəliş yolunun da nizamlanması da mümkün olacaqdır. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclular X27, X28, X20, X21, X25 və X22 məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə qətnamənin izah edilməsi məsələsinə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İşə əlavə edilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, ümumi birgə mülkiyyətdə olan 4.3359 ha torpaq sahəsindən iddiaçının payının naturada ayrılması mümkündür, həmin torpaq sahəsinin coğrafi yerləşmə mövqeyinə əsasən şərq və ya qərb hissədən bölünməsi mümkündür. Məhkəmə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 dekabr 2019-cu il tarixli çıxarışa əsasən Yevlax rayonu, Nurallar kəndində tərəflərə məxsus 4.3359 ha torpaq sahəsindən X13 2.532 hissədə payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə naturada ayrılmalıdır. İddiaçının mövqeyini, habelə cavabdehlərin buna qarşı hər hansı sübut təqdim etməməsini nəzərə alaraq izah edilməlidir ki, iddiaçının payı 4.3359 ha torpaq sahəsinin qərb hissəsindən ayrılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-45/2022 №-li, 23 may 2022-ci il tarixli qətnaməsinə izah verilsin ki, həmin qətnamə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 dekabr 2019-cu il tarixli çıxarışa əsasən Yevlax rayonu, Nurallar kəndində tərəflərə məxsus 4.3359 ha torpaq sahəsindən X13 2.532 hissədə payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə naturada qərb hissədə ayrılmaqla icra olunmalıdır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №8(039)-116/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-116/2022
04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver