Məhkəmə qərarları › İş №8(039)-116/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-116/2023

18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-116/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Borclu iştirakı ilə, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə təqdim etdiyi təqdimatdan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 6348 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6378 manat tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Borclu könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq icra etməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Borclu ünvanına borcunu ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xx.xx.2029-cu il və xx.xx.2021-ci il tarixdə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, borcunu ödəməmişdir. Lakin borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılsa da çağırışlara gəlməmişdir. Yevlax rayon icra və probasiya şöbəsinə müraciət edərək, Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni tərk etməsi barədə məlumatı olduğunu və bunun üçün müvafiq icra tədbiri görülməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İcra sənədi üzrə Borclu məhkəmə iclasında izahatında təqdimatı qəbul etməyərək bildirmişdir ki, hazırda işsiz olduğu üçün Azərbaycan Sənayə Sığorta” ASC-yə dəymiş olan maddi ziyanı ödəyə bilmədiyini bildirmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 6348 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6378 manat tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyevin tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanmaq haqqında qərar xx.xx.2018-ci il tarixdə borclu qəbul etmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2019-ci il tarixli, 124635 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi xx.xx.2019-ci il tarixdə qəbul etmişdir. Borclu icra sənədini icra etmədiyi halda inzibati məsuliyyəti daşıdığı barədə xəbərdarlıq məktubu göndərilmiş və sonuncu həmin sənədi xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. “İcra Haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərardadı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə borclu- xx.xx.1973-cü il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş və Yevlax şəhəri M.Ş.Vazeh küçəsi ev 2A, mənzil 5-da yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar