Məhkəmə qərarları › İş №8(039)-118/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-118/2022

18.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-118/2022 18.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-785/2021 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov təqdimatla məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-785/2021 nömrəli icra sənədi üzrə Yevlax şəhəri Q.Nəbi küçəsi mənzil 5-da yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-785/2021 nömrəli icra sənədinə əsasən, Borclu iki uşağın yetkinlik yaşına çatan kimi saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin icra edilməsi üçün bildiriş və inzibati xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixli xəbərdalıqdan görünür ki, Borclu Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərovun xəbərdarlıq məktubunu qəbul etmişdir. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu hal hazırda həmin ünvanda yaşayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-785/2021 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1984-cü ildə Yevlax şəhərində doğulmuş və ünvan 1-da qeydiyyatda olan Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar