Məhkəmə qərarları › İş №8(039)-118/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-118/2023

30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-118/2023 30.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Borclu iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1978/2021 saylı qətnaməsi üzrə icra işinin icraatına möhlət verilməsinə dair Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1978/2021 saylı qətnaməsinə əsasən cavabdeh Borclu cəmi 2504.80 manatın tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1978/2021 saylı qətnaməsi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1978/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəni müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1978/2021 saylı qətnaməsinə əsasən ondan cəmi 2504.80 manatın tutulması qət edilmişdir. Qətnamə üzrə tutulma onun əmək haqqısının 50 faizinə yönəlmişdir. Atası xəstədir. Uşağı hazırlığa gedir. Maddi vəziyyəti pisdir. Tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəfərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qətnamənin icrasına möhlət verilməsi qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1978/2021 saylı qətnaməsi üzrə icra işinin icraatına möhlət verilməsinə dair ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1978/2021 saylı qətnaməsi üzrə icra işinin icraatına möhlət verilməsinə dair Borclu ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar