Məhkəmə qərarları › İş №8(039)-119/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-119/2023

18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-119/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-288/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə icra sənədi üzrə Borclu Məcbur qızı tərəfindən verilmiş ərizəyə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Məcbur qızı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək rayon məhkəməsinin 2(039)-288/2023 saylı iş üzrə qəbul xx.xx.2023-cü il tarixli üzrə qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməsinə yəni, ümumilikdə 2171 manat borcun tələbkar "xxxx" MMC-yə ödənilməsinə möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 288/2023 saylı qətnaməsi ilə cavabdeh Borclu Məcbur qızından ümumilikdə 2171 manat borcun və 43.73 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Onun ağır ailə vəziyyətini, valideynlərinin xəstəliyini nəzərə alaraq qətnamə üzrə borcu məbləğinin ödənilməsinə möhlət verilməsinə dair məhkəmə qərarının çıxarılmasını zəruri və əsaslı hesab edir. Tələbkar "xxxx" MMC-nin Problemli Kreditlər Departametinin X1 Yevlax Rayon Məhkəməsinə ünvanladığı teleqramında bildirmişdir ki, Borclu Məcbur qızının müraciətinə açıq məhkəmə iclasında baxılması xx.xx.2023-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasını onların iştirakları olmadan keçirilməsini və baxılmasını etirazları yoxdur. Yevlax rayon icra və probasiya şöbəsinə və borcluya qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yevlax Rayon Məhkəməsinin e-2(039)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1784 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 374 manat ödənilməmiş hissə, 3 manat cərimə ümumilikdə 2171 manat, borc və 43.73 mant dövlət rüsumu xx.xx.1977-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan Borclu Məcbur qızından alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasaən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin məcəllənin 231.4-ci maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin məcəllənin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Borclu ərizəsində istinad etdiyi hallar ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməyərək yalnız hazırki ərizəsini məhkəməyə göndərməklə kifayətlənmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını və məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin icra sənədi üzrə tələbkarın mənafelərinə zidd olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin e-2(039)-288/2023 saylı iş üzrə qəbul xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə icra sənədi üzrə Borclu Məcbur qızı tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar