Məhkəmə qərarları › İş №8(039)-124/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-124/2023

30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-124/2023 30.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Ağdaş rayon Notariat Kontorunun 8i-9028 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elşad Cabbarovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elşad Cabbarov təqdimatla məhkəməyə müraciət edərək, Ağdaş rayon Notariat Kontorunun 8i-9028 saylı xx.xx.2022ci il tarixli icra qeydi üzrə Yevlax rayonu, Aran qəsəbəsində yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Ağdaş rayon Notariat Kontorunun 8i-9028 saylı xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Borclu 5148.41 manat alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra işinin icrası ilə əlaqədar olaraq Borclu tələbin icra edilməsi üçün bildiriş, xəbərdarlıq göndərilməsinə baxmayaraq icra məmrunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməyərək icra sənədi üzrə olan tələbin icrasını təmin etməkdən və Yevlax rayon icra və probasiya şöbəsinin çağırışına gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Ağdaş rayon Notariat Kontorunun 8i-9028 saylı xx.xx.2022-ci il tarixli icra qeydi əsasən Borclu 5148.41 manat alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-140/2023 saylı hökmündən görünür ki, Borclu Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanun vericilikaktlarına uyğun olaraq icrasənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri sayılır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun məcburi gətirilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bundan sonra borclunun məcburi gətirilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məcburi gətirilmənin tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Lakin icra məmuru tərəfindən qeyd edilən təqdimat ilə müraciət edilməzdən əvvəl icra sənədinin könüllü icrası barədə bildirişin borcluya hansı tarixdə təqdim edilməsi barədə hər hansı bir sübut təqdim edilməmiş, həmçinin bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məcburi gətirilmənin tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyi mümkünlüyü əsaslandırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Borclu Yevlax Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(039)-140/2023 saylı hökmü ilə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən Borclu Yevlax RİPŞ-nə məcburi qaydada gətirilməsi təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilməsin Ağdaş rayon Notariat Kontorunun 8i-9028 saylı xx.xx.2022-ci il tarixli icra qeydi əsasən Borclu məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Elşad Cabbarovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar