Məhkəmə qərarları › İş №8(039)-128/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-128/2023

01.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-128/2023 01.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Qətnamənin icra üsulunun dəyişdirilməsinə dair X1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, uşaqla görüş barədə qətnamədə müəyyən edilmiş güllərin dəyişdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. X2 məhkəməyə ərizə ünvanlayaraq, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. X1 ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarlmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.9-cu maddələrinin tələbinə görə, iddia ərizəsinin icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılır. Hesab edirəm ki, X1 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar