Məhkəmə qərarları › İş №8(039)-129/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-129/2022

12.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-129/2022 12.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Borclu iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı qətnaməsi əsasında başlanmış icra işi üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli, 285364/2021-36-1/1 saylı inkasso sərəncamının ləğv edilməsinə dair Borclu şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı qətnaməsi ilə 4378 (dörd min üç yüz yetmiş səkkiz ) manat 21 (iyirmi bir) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşad Cabbarovun 08 iyun 2022-ci il tarixli, 285364/2021-36-1/1 saylı inkasso sərəncamı ilə Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu pensiyasının 50 faizi tutulması qərara alınmışdır. Borclu məhkəməyə Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)- 1793/2021 saylı qətnaməsi əsasında başlanmış icra işi üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli, 285364/2021-36-1/1 saylı inkasso sərəncamının ləğv edilməsi barədə şikayət verərək, Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı qətnaməsi əsasında başlanmış icra işi üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli, 285364/2021-36- 1/1 saylı inkasso sərəncamının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında ərizəni müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı qətnaməsi ilə 4378 (dörd min üç yüz yetmiş səkkiz ) manat 21 (iyirmi bir) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşad Cabbarovun 08 iyun 2022-ci il tarixli, 285364/2021-36-1/1 saylı inkasso sərəncamı ilə Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu pensiyasının 50 faizi tutulması qərara alınmışdır. Ailədə 4 nəfərdirlər və yeganə qazancları onun pensiyasıdır. Tələbkara və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 65.2-ci maddəsinə əsasən Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinə əsasən Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 65.4-cü maddəsinə əsasən Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Məhkəmə, borclunu dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, icra məmuru qeyd edilən sərəncamı verərkən ərizəçinin başqa gəlirinin, himayəsində uşağının, özünün xəstəliyinin olub-olmamasını, onun yaşayış şəraitini araşdırmamış, buna uyğun olaraq tutmanın faiz dərəcəsini müəyyən etməmişdir. Bu səbəbdən Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)- 1793/2021 saylı qətnaməsi əsasında başlanmış icra işi üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli, 285364/2021-36-1/1 saylı inkasso sərəncamının ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(039)-1793/2021 saylı qətnaməsi əsasında başlanmış icra işi üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli, 285364/2021-36-1/1 saylı inkasso sərəncamı ləğv edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar