Məhkəmə qərarları › İş №8(039)-129/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-129/2023

07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-129/2023 07.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-606/2011 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov təqdimatla məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-606/2011 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş 2(107)-606/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən Borclu və qeyrilərindən müştərək qaydada 3798.05 manat məbləğində pul vəsaiti və 20 manat rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2012-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənəsi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildiriş barədə Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surəti və bildiriş qəbul etmiş və edilən çox saylı xəbardarlıqlara baxmayaraq icra şöbəsinə gələməkdən qoyun qaçırmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2012-ci il tarixli qərarından görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-606/2011-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlamaq haqqında qərarını surəti borcluya göndərilmişdir. Borclu xx.xx.2012-ci il tarixli, 546 saylı icra sənədini icra etmədiyi halda inzibati məsuliyyəti daşıdığı barədə xəbərdarlıqdan görünür ki, borclu xəbardarlıq göndərilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 137/2012-7 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli poçt xəbərnaməsindən görünür ki, Borclu müvafiq xəbərdarlıq məktubunu almışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-606/2011 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1977-cü ildə Yevlax rayonu, Gülövşə kəndində doğulmuş və Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar