Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-131/2024 01.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, Borclu vəkili Vəkil iştirakları ilə, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Yevlax rayonu Qaraoğlan kəndində yerləşən Borclu mülkiyyətində olan 2.0385 hektar kənd təsərrüfatlı torpaq sahəsinin 1.0385 hektarının üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 48000 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq Tələbkar xeyrinə və iddianın təmin edilmiş hissəsinə münasib olaraq 334 manat 80 qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu barəsində aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Borclu mülkiyyətində Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən 2.0385 ha kənd təsərrüfatlı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkar məlumat verilsə də, məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Kənan Süleymanov təqdimatın məzmununa uyğun izahat verərək, məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə borcu Borclu vəkili Vəkil məhkəmə iclasında izahatında təqdimatın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki, təqdimat təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayon Məhkəməsinin 2(039)-99/2023 saylı, xx.xx.2023-cü il il tarixli icra sənədinə əsasən, Borclu 48000 ABŞ dolları borcu ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq Tələbkar xeyrinə və iddianın təmin edilmiş hissəsinə münasib olaraq 334 manat 80 qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Kənan Süleymanov tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanmaq haqqında qərar qəbul etmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-ci il tarixli, 1624/2024-36-3-003 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********70 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən 2.0385 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X5, X1, Borclu və X3 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsini xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən 2.0385 ha torpaq sahəsi üzərində X6 və ailə üzlərinin ümumi birgə mülkiyyət hüququ (mülkiyyət üzrə 5 nəfər) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin paylarının müəyyən ediməsi ilə bağlı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 nömrəli Qərarı ilə təsdiq olunmuş, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının” 3-cü bəndində göstərilmişdir ki, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun və digər 4 ailə üzvünün ümumi birgə mülkiyyətində olan və Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icra sənədi üzrə borclu şəxs olmayan X6 və onun digər ailə üzlərinində ümumi birgə mülkiyyətində olduğundan və həmin torpaq sahəsi üzrə hazırki iş üzrə Borclu və digər mülkiyyətçilərin payları hazırki halda müəyyən olunmadığından təqdimat təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Borclu adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış Yevlax rayonu Qaraoğlan kəndində yerləşən 2.0385 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-131/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-131/2024
01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver