Məhkəmə qərarları › İş №8(039)-134/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-134/2024

04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-134/2024 04.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)-4409/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)-3981/2024 saylı iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4409/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3981/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqələrinin icrasını təmin etmək məqsədilə, iş üzrə Borclu mülkiyyətində olan “KİA OPTİMA” minik markalı, **- HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4409/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu tutularaq alimentin miqdarı artırılaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3981/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu tutulan alimentin mirdarı artırılaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üşün hər ay 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərci alınaraq Tələbkar İntiqam qızının xeyrinə və 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində “KİA OPTİMA” minik markalı, **-HK-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri təbiq edilmişdir. Tələbkar Qayıbova X1 Rayon Məhkəməsinə teleqram göndərərək, xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında maddi vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini, tələbini müdafiə edir. Borclunun bu günə oktyabr ayının daxil olmaqla ona olan 1115 manat təşkil edir. Odur ki, həmin borcun tutulması ilə bağlı bütün zəruri tədbirlərin görülməsinə və borcun tutulması ilə bağlı bütün zəruri tədbirlərin görülməsinə və borcun ödənilməsinə ona köməklik göstərilməsini xahiş etmişdir. Yevlax rayon icra və probasiya şöbəsinə və borcluya qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4409/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu tutularaq alimentin miqdarı artırılaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3981/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu tutulan alimentin mirdarı artırılaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üşün hər ay 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərci alınaraq Tələbkar İntiqam qızının xeyrinə və 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4409/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, 234731/2021-36-3-004 saylı bildirişdən görünür ki, borcu Borclu icra sənədini könüllü icra etmək üçün bildiriş xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İcra sənədini icra etmədiyi halda inzibati məsuliyyəti daşıdığı barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcu Borclu xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Borcu Borclu tərəfindən xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4409/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə 1401 manat aliment borcundan boyun qaçırmır. Lakin imkanı olmadığı üçün həmin borcu bir dəfəyə ödəyə bilmir. Qeyd olunan borcdan 500 manat ödəniş edərək və qalan borcu 901 manat aliment borcu qısa mir müddət ərzində tam şəkildə ödəyəcəyini bildirmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-ci il tarixli, 264717/2024-36-3-004 saylı bildirişdən görünür ki, borcu Borclu icra sənədini könüllü icra etmək üçün bildiriş xx.xx.2024-ci il tarixdə qəbul etmişdir. Təqdimata əlavə edilmiş elektron icra sisteminin portalından çıxarışdan görünür ki, Borclu məxsus olan “KİA OPTİMA” minik markalı, **-HK-*** dövlət nömrəli nişanlı avtomobili var. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatı təmin olunmalı, Borclu məxsus olan “KİA OPTİMA” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və qərardadın icrası DİN BDYPİ-nin 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “KİA OPTİMA” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulsun. Qərardadın icrası DİN BDYPİ-nin 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar