Məhkəmə qərarları › İş №8(039)-142/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-142/2022

10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-142/2022 10.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, icra sənədi üzrə tələbkar X3 iştirakları ilə, iddiaçı X3 cavabdeh X2 qarşı qızıl-zinət əşyaları əmlak və pul tələbinə dair iddiası üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-81/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X1 ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-81/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 cavabdeh X2 qarşı qızıl-zinət əşyaları əmlak və pul tələbinə dair iddiası təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tərəfindən hissə-hissə hər ay təxminən 100 manat məbləğində icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X4 ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 2(039)-81/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 ona qarşı qızıl-zinət əşyaları,əmlak və pul tələbinə dair iddia ərizəsi təmin edilməklə ondan qonaq dəsti 4500 manat, divan dəsti 2700 manat, yataq dəsti 3000 manat, mətbəx mebeli 1200 manat, künc divan 350 manat, pərdələr 1000 manat, xalçalar 3 ədəd 600 manat, 3 ədəd çılçıraqlar 600 manat, yataq dəsti 1500 manat, kondisioner 400 manat həmin əmlak olmadıqda isə onların dəyəri və 6600 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmiş və icraya yönəldilmişdir. Həmin məbləğdən o, hissə-hissə 1280 manat iddiaçının plastik kartına ödəmiş, hazırda iddiaçı ondan həmin məbləğin qalığını 5320 manat pulu bir dəfəyə ödəməyini tələb edir. Lakin onun həmin məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Rəsmi iş yeri olmadığından və iddiaçıya hər ay aliment ödədiyindən, eləcə də himayəsində iki azyaşlı uşağı olduğundan maddi və əmlak vəziyyəti çox ağırdır. Məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi bir dəfəyə yerinə yetirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş borclu və Yevlax rayon icra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə ərizəyə onun iştirakları olmadan baxmışdır. İcra sənədi üzrə tələbkar X6 məhkəmə iclasında verdiyi izahatında, borc məbləğinin hissə-hissə ödənilməsinin onun mənafeyinə uyğun olmadığını əsas gətirərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmışdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq, tələbkarın fikrini dinləyərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə işə baxmış hakim qətnamənin hissə-hissə icra edilməsinə dair məsələyə baxarkən tərəflərin, yəni borclu ilə yanaşı həm də tələbkarın əmlak vəziyyətini və digər halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını və məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləğin hissə-hissə ayda 100 manat olmaqla ödənilməsinin icra sənədi üzrə tələbkarın mənafelərinə zidd olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-81/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar