Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-15/2023 06.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1617/2022 saylı qətnaməsi üzrə icra işinin icraatına möhlət verilməsinə dair X1nun ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1617/2022 saylı qətnaməsinə əsasən cavabdeh X2 boyunbağı tros 1 ədəd 585 əyyarlı, 19.5 qram çəkidə 1921.53 manat dəyərində, boyunbağı ərəb (zamok xarab) 1 ədəd 583 əyyarlı, 9.9 qram çəkidə 972.21 manat, mebel qonaq dəsti – 9 il bundan əvvəl 1800 manata alınıb, halhazırda 900 manat, mebel yataq dəsti – 9 il bundan əvvəl 2200 manata alınıb, hal-hazırda qiyməti 1000 manat, çay servisi və boşqab dəsti 350 manat, balaca və böyük kasa 20 manat, 24 ədəd balaca boşqab 15 manat, nabor qaşıq dəsti 100 manat, sok çəkən 60 manat, 12 ədəd xrustal təkan 36 manat, 6 ədəd kompot bakalı 10 manat, 6 ədəd çay fincanı 10 manat, 4 ədəd göy rəng bagema qab 100 manat, 2 ədəd qənd qabı 12 manat, 5 ədəd xrustal konfet qabı 100 manat, 1 ədəd xrustal ana-bala araq qab dəsti 50 manat, 6 ədəd rumka 10 manat, bagema ağ rəngli 12 ədəd qab 100 manat, 6 ədəd qaşlı bakal 12 manat, 6 ədəd xrustal bakal 30 manat, 5 ədəd balaca xrustal bakal 25 manat, 6 ədəd göy bakal 10 manat, 3 ədəd padnos 30 manat, tyorka 3 manat, böyük xrustal kül qabı 30 manat, 2 ədəd xrustal gül qabı 40 manat, büldan atlığı 30 manat, 2 ədəd meyvə vazı 10 manat, uzun gül qabı 15 manat, 2 ədəd uzun vaza 30 manat, ləyən 10 manat, 3 dəst dəsmal ana-bala 90 manat, göy rəngli əl dəsmalı 10 manat, kariçni dəsmal 10 manat, yaşıl dəsmal 10 manat, 5 ədəd çexol dəsti 210 manat, 15 ədəd çay dəsmalı 30 manat, 8 ədəd süfrə 150 manat, 3 dəst baduşka üzü 30 manat, böyük sarı dəsmal 25 manat, böyük yaşıl dəsmal 25 manat, 2 ədəd kaşmir gəvə 800 manat, 3 ədəd pakrıval 200 manat, qalın adeyal 50 manat, LC plazma televizor 82 ekran 500 manat, 3 ədəd tefal qazan 35 manat, 3 ədəd tava 20 manat, 5 ədəd tuj qazan 120 manat, 2 ədəd vedrə 20 manat, alüminium qazan 15 manat, 2 ədəd dəmir ləyən 15 manat, alüminium ləyən 10 manat, gepas ət çəkən maşın 200 manat, ətçəkən əl üçün 30 manat, banka bağlayan 15 manat, 2 dəst stəkan 10 manat, 2 dəst nəlbəki 12 manat, 3 dəst tort qabı 60 manat, 4 dəst 3 mərtəbəli qab 50 manat, 2 nəfərlik döşək 150 manat, 4 ədəd tək döşək 200 manat, 5 ədəd tək yorğan 250 manat, 1 ədəd sintefon yorğan 30 manat, 2 nəfərlik yorğan 100 manat, 4 ədəd quş tükündən yastıq 60 manat, sandıq 80 manat, tək çarpayı 100 manat həmin əmlaklar olmadıqda isə onların dəyəri alınaraq, iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmidir. Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1617/2022 saylı qətnaməsi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1617/2022 saylı icra qətnaməsinin qızıl hissəsinin icrasına 06 ay möhlət verilməsini xahiş etmişdir. X1 ərizəni onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1617/2022 nömrəli qətnaməsi ilə ondan boyunbağı tros 1 ədəd 585 əyyarlı, 19.5 qram çəkidə 1921.53 manat dəyərində, boyunbağı ərəb (zamok xarab) 1 ədəd 583 əyyarlı, 9.9 qram çəkidə 972.21 manat dəyərində qızıl əmlakları və digər əşyalar alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamənin icrasından boyun qaçırmır. Qətnamədəki əşyaları təhvil vermişdir. Lakin qətnamənin qızıl hissəsini hal hazırda icra edə bilmir. Belə ki, məhkəmə iclası zamanında həmin qızılların bankda girovda olduğunu bildirmişdir. Tələbkar da qızılların girovdan çıxarıldıqdan sonra qaytarılacağına razılıq vermişdir. Hazırda kreditin 06 ayı qalıbdır. Lakin icra məmuru qızılları tələb edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İş materialları ilə müəyyən olunur ki, borclunun Bank Respublikası ASC-yə kredit borcu vardır. Lakin kredit borunun 06 ay müdətinə bağlanacağı barədə məhkəməyə sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1617/2022 saylı icra vərəqəsi üzrə icra işinin icraatına möhlət verilməsinə dair ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(039)-1617/2022 saylı icra vərəqəsi üzrə icra işinin icraatına möhlət verilməsinə dair X1nun ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-15/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-15/2023
06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver