Məhkəmə qərarları › İş №8(039)-151/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-151/2022

26.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-151/2022 26.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-270/2019 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)- 270/2019 nömrəli icra sənədi üzrə Yevlax rayonu, Kövər kəndində yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-270/2019 nömrəli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 130 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədinə əsasən xx.xx.2022-ci il tarixə 710 manat aliment borcu yaranmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin icra edilməsi üçün bildiriş və inzibati xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-270/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icra icraatına başlamaq haqqında qərarını Borclu xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli, 90207 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi xx.xx.2019-cu il tarixdə qəbul etmişdir. Tələbkar Göygözova (Paşayeva) Firəngiz Elçin qızı tərəfindən xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Yevlax rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-270/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 27 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu 09 oktyabr 2018-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment onun tutulmamıdır. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixə 680 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun onun xeyrinə ödənilməsi üçün Borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Borclu icra sənədini icra etmədiyi halda inzibati məsuliyyəti daşıdığı barədə xəbərdarlıq məktubu göndərilmiş və sonuncu həmin sənədi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-270/2019 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1989-cu ildə Yevlax şəhərində doğulmuş və Yevlax rayonu, Kövər kəndində qeydiyyatda olan Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar