Məhkəmə qərarları › İş №8(039)-154/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-154/2022

26.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-154/2022 26.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Yevlax Rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə “Əmlak üzərinə həbsin qoyulması” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-188/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 6081 manat tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində olan Yevlax rayonu Nemətabad kəndində yerləşən 5.6018 ha, 5.6014 ha, 3.1265 ha, və 1.9408 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatı müdafiə edib göstərilənləri təsdiq edərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 188/2020 saylı xx.xx.2020-ci i il tarixli icra sənədinə əsasən Borclu məxsus Yevlax rayonu Nemətabad kəndində yerləşən 5.6018 ha, 5.6014 ha, 3.1265 ha, və 1.9408 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5, 21.2-ci və 22-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus Yevlax rayonu Nemətabad kəndində yerləşən 5.6018 ha, 5.6014 ha, 3.1265 ha, və 1.9408 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun . Qərardadın icrası Yevlax RİPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar