Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-155/2022 31.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 Borclu məcburi gətirilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyev məhkəməyə təqdimat verərək Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan Borclu Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2039)-1005/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 01 fevral 2015-ci il təvəllüdlü X3 və 10 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 15 fevral 2019-cu il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 60 manat olmaqla 120 manat sabitr pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. İcra işinin icrası ilə əlaqədar olaraq Borclu tələbin icra edilməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə, Yevlax Rayon İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq o, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməyərək, icra sənədi üzrə olan tələbin icrasını təmin etməkdən və icra məmurunun çağırışına gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında Borclu və Yevlax Rayon İcra və Probasiya Şöbəsi xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2039)-1005/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 01 fevral 2015-ci il təvəllüdlü X3 və 10 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 15 fevral 2019-cu il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 60 manat olmaqla 120 manat sabitr pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. İş materiallarında olan Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 68679 №-li, xx.xx.2019cu il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu ünvanına bildiriş göndərilmişdir. İcra işinin icrası ilə əlaqədar olaraq Borclu tələbin icra edilməsi üçün dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, Yevlax Rayon İcra Şöbəsinə çağırılmasına baxmayaraq O, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməyərək icra sənədi üzrə olan tələbin icrasını təmin etməkdən və Yevlax Rayon İcra Şöbəsinin çağırışına gəlməkdən boyun qaçırmışdır. Belə olan halda Borclu Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirmə tətbiq olunur. Yuxarıda qeyd edilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264,267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Təqdimat təmin edilsin. Borclu Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №8(039)-155/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-155/2022
31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver