Məhkəmə qərarları › İş №8(039)-158/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-158/2020

10.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-158/2020 10.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, icra sənədi üzrə borclu Abbasov Rövşən Xudaverdi oğlunun iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 8(039)-53/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019cu il tarixli qərardadına əsasən borclu Abbasov Rövşən Xudaverdi oğluna məxsus “BMW- 530” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1 tərəfindən verilmiş ərizəyə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 8(039)-53/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019cu il tarixli qərardadı ilə Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-52/2018 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Abbasov Rövşən Xudaverdi oğlunun mülkiyyətində olan “BMW-530” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X1 ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Məhkəmənin 8(039)- 53/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qərardadı ilə borclu Abbasov Rövşən Xudaverdi oğlunun mülkiyyətində olan “BMW-530” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş avtomobil borclu R.Abbasovun adına qeydə alınsa da, faktiki olaraq R.Rüstəmovun sahibliyində və istifadəsindədir. Belə ki, o, həmin avtomobili etibarnamə əsasında satın almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi X1 və icra məmuru məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə ərizəyə onların iştirakı olmadan baxmışdır. İcra sənədi üzrə borclu Abbasov Rövşən Xudaverdi oğlu məhkəmə iclasında bildirdi ki, icra sənədi üzrə Tələbkar ASC-yə 28.000 manat pul ödəməlidir. Hazırda hər ay hissəhissə ödənişlər edir. İcra məmurunun təqdimatı əsasında mülkiyyətində olan “BMW-530” markalı avtomobilin üzərinə məhkəmə tərəfindən həbs qoyulmuşdur. Həmin avtomobil hazırda Raif Rüstəmovun istifadəsindədir. Ərizənin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. Məhkəmə ərizənin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının siyahısına” görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrində və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-sü maddəsinə görə, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məcəllənin 394-cü maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizədə göstərilən avtomobil DİN-də daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əmlakdır. Bu səbəbdən avtomobilə dair alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməli idi. Lakin müəyyən edilir ki, R.Rüstəmov ilə borclu R.Abbasov arasında avtomobilin alğısatqısı haqqında müqavilə bağlanmamışdır. Avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmadığından Məhkəmə hesab edir ki, R.Rüstəmov həmin avtomobilə dair mülkiyyət hüququ əldə etməmişdir. Qeyd edilən avtomobilə dair müəyyən səlahiyyətlərin verilməsi barədə etibarnaməyə gəldikdə isə, Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət olduğundan, etibarnamə təmsilçinin hərəkətlərinin bilavasitə təmsil edilən üçün hüquq və vəzifələr yaratması ilə bağlıdır. Avtomobilə dair verilmiş etibarnamə R.Rüstəmovu avtomobilin mülkiyyətçisinə çevirməmişdir. Avtomobil hazırda da borclu R.Abbasovun mülkiyyətində olan əmlak hesab edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Yevlax Rayon Məhkəməsinin 8(039)-53/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadına əsasən borclu Abbasov Rövşən Xudaverdi oğluna məxsus “BMW-530” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1 tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar