Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-164/2022 14.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsi tərəfindən 2(039)-1589/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev təqdimatla məhkəməyə müraciət edərək, məhkəmə qətnamələrinin icrasını təmin etmək məqsədi ilə Yevlax şəhəri, S.Vurğun küçəsi 21-də qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Borclu adına “VAZ 21074” minik markalı ** BL *** dövlət nömrəli nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin e- 2(039)-1589/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 6171 manat 07 qəpik məbləğində borcu alınaraq tələbkar “Bank Respublika”-nin xeyrinə verilməlidir. İş üzrə Borclu adına “VAZ 21074” minik markalı ** BL *** dövlət nömrə nişanlı avtomobili olması aşkar edilmişdir. İcra sənədinin icrası ilə bağlı olaraq Borclu ünvanına bildiriş göndərilməsinə baxmayaraq borcunu ödəməmişdir. Bu səbəblərdən aparılmış icra tədbiri zamanı elektron icra sisteminin portalından çıxarışdan müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində “VAZ 21074” minik markalı ** BL *** dövlət nömrə nişanlı avtomobil vardır. Bu səbəbdən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı ** BL *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin e-2(039)-1589/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 6171 manat 07 qəpik məbləğində borcu alınaraq tələbkar “Bank Respublika”-nin xeyrinə verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev tərəfindən Yevlax Rayon Məhkəməsinin e-2(039)-1589/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Təqdimata əlavə edilmiş elektron icra sisteminin portalından çıxarışdan görünür ki, Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı ** BL *** dövlət nömrə nişanlı avtomobil var. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyevin təqdimatı təmin olunmalı, Borclu adına qeydə alınmış “VAZ 21074” minik markalı ** BL *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış “VAZ 21074” minik markalı ** BL *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-164/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-164/2022
14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver