Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-165/2022 17.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-1410/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “borclunun məcburi gətirilməsinə” dair Yevlax RİPŞ-dan daxil olmuş təqdimata baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-1410/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclu X2 11 iyun 2021-ci il tarixdən başlayaraq,xx.xx.2021-ci il təvəllüdlü X5 18 yaşına catana qədər saxlanilması üçün hər ay 130 manat məbləğində aliment və uşağın 3 yaşı tamam olan günə qədər hər ay 30 manat məbləğində əlavə xərc tələbkar X4 xeyrinə ödənilməlidir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1410/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, X3 borcu var. Lakin borclu X6 dəfələrlə xəbərdarlıq olunmasına və Yevlax RİPŞ-nə çağırılmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz səbəbdən Yevlax RİPŞ-nə gəlməmişdir. 04 noyabr 2022-ci il tarixdə Yevlax rayon İcra və Probasiya şöbəsinin icraçısı X7, Yevlax Rayon Məhkəməsinin 2(039)-1410/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. İcra məmuruna və icra işi üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan rəsmi məlumat veriməsinə baxmayaraq gəlməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən icra məmurunun və icra işi üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1410/2021 saylı, xx.xx.2021 il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X1 RİPŞ-nə məcburi qaydada gətirilməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2-ci, Azərbaycan Respublikası MPM-in 231, 263- 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1410/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yaşayan X1 RİPŞ-nə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yevlax RPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Hakim Əlizadə Ruslan
Məhkəmə qərarları › İş №8(039)-165/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-165/2022
17.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver