Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-166/2022 15.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, X1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Aqrolizinq ASC-nə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1784/2020 №-li, 22 sentyabr 2020-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru, İ dərcəli ədliyyə qulluqçusu Zamiq Kazımov tərəfindən verilmiş ərizəyə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və "xxxx" ASCnə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsi tərəfindən hər ay 190 manat olmaqla, 01 avqust 2019-ci il tarixindən 01 sentyabr 2020-ci il tarixədək 13 aylıq ödənilməmiş ödəncin birdəfəlik ödənilməsinə, bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsini, o cümlədən ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 1000 manat, mənəvi zərər görə hər cavabdehdən 5,000 manat zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X3 hər ay ödəniləcək aylıq ödəncin 01 avqust 2019-cu il tarixindən 01 yanvar 2020-ci il tarixədək ödənilməyən hər ay 180 manat, 01 yanvar 2020-ci il tarixindən 01 sentyabr 2020-ci il tarixədək ödənilməyən hər ay 190 manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi, həmin ödənişin hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru, İ dərcəli ədliyyə qulluqçusu Zamiq Kazımov ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-1784/2020 №-li, 22 sentyabr 2020-ci il tarixli icra sənədinə ərizənin əsaslandırılma hissəsində göstərilən xüsusiatlar üzrə izah verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, icra sənədi üzrə tələbkar Teymur Rəcəbov ərizə ilə şöbəyə müraciət edərək qeyd olunan məhkəmə qətnaməsində hər ay ödənilməli vəsaitin dəqiq məbləğinin göstərilmədiyini, Yevlax Rayon Məhkəməsinin 2(039)-1784/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə qət etdi hissəsinin ikinci abzası üzrə izah verilməsini xahiş etmişdir. İcra sənədinin ikinci abzası üzrə “həmin ödənişin hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi” kimi qeyd edilmişdir. Həmin ödənişin tam olaraq hansı məbləğdə olması müəyyən etmək mümkün deyildir. Qətnamə ilə tanış olarkən müəyyən edilmişdir ki, həmin məbləğ deyilərkən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdur. Həmin məbləğ hər il üzrə yaşayış minimumu ilə eyni olması qətnamənin nəticə hissəsində göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1784/2020 №-li, 22 sentyabr 2020-ci il tarixli icra sənədinin borclu "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 avqust 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək ödənilməyən hər ay 180 manat, 01 yanvar 2020-ci il tarixindən 01 sentyabr 2020-ci il tarixədək ödənilməyən hər ay 190 manat hissəsi, ümumilikdə 2,420 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Lakin hər ay ödənilməli vəsaitin dəqiq məbləği qətnamədə göstərilmədiyindən həmin hissədə təmin edilməmişdir. Ona görə də qətnamənin həmin hissəsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Bakı şəhər Nərimanov Rayon İcra Şöbəsi, habelə borclu "xxxx" ASC iclasda nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 230.1. işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1784/2020 №-li, 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh olan "xxxx" ASC tərəfindən iddiaçıya istehsalat xəsarətinə görə ödədiyi ödəncin dayandırılmasının hüquqi əsası olmamış və hər hansı bir qərara əsaslanmamışdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlmişdi ki, 01 avqust 2019-cu il tarixindən 01 yanvar 2020-ci il tarixədək, 01 yanvar 2020-ci il tarixindən 01 sentyabr 2020-ci il tarixədək iddiaçıya ödənilməli aylıq müavinətin məbləği “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müəyyən edilməlidir. Bu səbəbdən “həmin ödənişin hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi” belə anlama gəlir ki, növbəti aylar üzrə ödəniləcək aylıq müavinət hər il üçün qəbul edilən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən ediləcək yaşayış minimumu həddində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. İzah edilsin ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1784/2020 №-li, 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin qət etdi hissəsinin ikinci abzasına əsasən tutulacaq aylı müavinətin məbləği, 01 sentyabr 2020-ci il tarixdən sonra olan dövr üçün hər il qəbul edilən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş v gələcəkdə müəyyən ediləcək aylıq yaşayış minimumu həddində ödənilməlidir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №8(039)-166/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-166/2022
15.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver