Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-169/2022 15.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, icra sənədi üzrə X2nun, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X8 iştirakları ilə, tələbkar "xxxx" ASC-nin X2na qarşı borc tələbinə dair iddiası üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1788/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə X2nun ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-1788/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 3281 manat 38 qəpik məbləğində borcun hissə-hissə, yəni hər ay 150 manat olmaqla ödəməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Raupn Məhkəməsinin 2(039)-1788/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan 3281 manat 38 qəpik məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin icra vərəqəsi əmək haqqından tutulma aparılması üçün böyük icra məmuru Kənan Süleymanov tərəfindən tərtib edilmiş təkliflə birlikdə onun işlədiyi X15 X19 göndərilmişdir. Onun himayəsində ankoloji xəstə, pensiyaçı atası, işləməyən anası həyat yoldaşı vardır. Evdə yeganə qazancı gətirən şəxs kimi aldığı əmək haqqı ilə onlar çətin vəziyyətdə yaşayırıq. Maddi vəziyyətləri çətinliyi ilə əlaqədar olaraq hər ay 150 manat məbləğindən əmək haqqından tələbkar "xxxx" ASC-nin xeyrinə ödəməyə imkanı çatır. Məhkəmə iclasında iştirak edən X2 himayəsində ankoloji xəstə atası olmasını, özünün banka kredit borcu olmasının və ailəsinin yeganə gəlir yeri onun əmək haqqısı olduğu üçün icra sənədini tam icra edə bilməyəcəyini bildirərək ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tələbkarın nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə ərizəyə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq, borclu və icra məmurunun izahatlarını dinləyərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə işə baxmış hakim qətnamənin hissə-hissə icra edilməsinə dair məsələyə baxarkən tərəflərin, yəni borclu ilə yanaşı həm də tələbkarın əmlak vəziyyətini və digər halları nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Azərbaycan Respublikası X15 X18 İdarəsinin tərəfindən verilmiş 05 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 həqiqətən də X18 İdarəsində böyük müfəttiş vəzifəsində işləyit və onun aylıq əmək haqqısı bütün vergilər çıxıldıqdan sonra 757 manat 50 qəpik təşkil edir. Yevlax rayonu, Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 687 saylı xx.xx.2022-ci il tarirxli arayışdan görünür ki, X9 həqiqətən də Kəlbəcər rayonundan məcburi köçkündür, Yevlax rayonu, Malbinəsi kəndində müvəqqəti məskunlaşmışdır və atası 1961-ci il təvəllüdlü X7 pensiyaçı, anası X1 işsiz və həyat yoldaşı 1988-ci il təvəllüdlü X10 işsiz adlı ailə üzvləri vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını və məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləğin hissə-hissə, ayda 150 manat olmaqla ödənilməsinin icra sənədi üzrə tələbkarın mənafelərinə zidd olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 2(039)-1788/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X2ndan tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalı olan 3281 manat 38 qəpik məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, hər ay 150 manat olmaqla hissə-hissə icra edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-169/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-169/2022
15.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver