Məhkəmə qərarları › İş №8(039)-17/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-17/2023

06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-17/2023 06.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar Borclu iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)-1680/2022 saylı icra sənədinin icrası ilə əlaqədar «izah verilməsinə» dair ərizəyə açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)-1680/2022 saylı icra sənədinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 25 aprel 2012-ci il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 03 mart 2013-cü il təvəllüdlü X2 adlı uşaq cavabdeh Borclu, 16 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq iddiaçı Tələbkar himayəsində saxlanılması; 16 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)-1680/2022 saylı icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)- 1680/2022 saylı icra sənədinin hansı qaydada icra edilməsi barədə izah verilməsini xahiş etmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ərizəni müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)-1680/2022 saylı icra sənədinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 25 aprel 2012-ci il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 03 mart 2013-cü il təvəllüdlü X2 adlı uşaq cavabdeh Borclu, 16 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq iddiaçı Tələbkar himayəsində saxlanılması; 16 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. 16 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq anasına getməkdən imtina edir. Uşağın məcburi qaydada alınaraq anasına verilməsi uşağın sağlamlığına zərər vura bilər. Tələbkar məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)-1680/2022 saylı qətnaməsi ilə 16 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq Borclu alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırda uşağı ona vermirlər. Borclu izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)- 1680/2022 saylı qətnaməsi ilə 16 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq ondan alınaraq Tələbkar verilməsi qət edilmişdir. Uşaq anasına getməkdən imtina edir. O uşağı anasına getməyə məcbur edə bilməz. İcra tədbirləri keçirilən zaman o uşağın yanında olmur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)-1680/2022 saylı qətnaməsi ilə 16 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq Borclu alınaraq Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Yəni qətnamə icra olunmalıdır. Qətnamədə göstərilən tələblər aydın olduğundan qətnaməyə izah verilməsinə zərurət yoxdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)-1680/2022 saylı icra sənədinin icrası ilə əlaqədar «izah verilməsinə» dair Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar