Məhkəmə qərarları › İş №8(039)-170/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-170/2022

25.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-170/2022 25.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi X1 iştirakı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(102)- 7591/2019 saylı qərarı üzrə icra hərəkətlərinin dayandırılmasına dair Borclu ərizəsinə işlə birlikdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(039)-3944/2017 saylı qətnaməsi ilə cavabdeh Borclu 19380 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 19410 manat məbləğində pulun alınıb X4 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(039)-3944/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(102)- 7591/2019 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli 2(107)- 2284/2019 saylı qətnaməsi dəyişdirilmiş, cavabdeh Borclu iddiaçı X3 xeyrinə tutulmalı məbləğ 18580 manat müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(102)- 7591/2019 saylı icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu icra hərəkətlərinin dayandırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, müharibə əlilliyinə görə aldığı 350 manat puldan Nisə Süleymanovaya inkasso sərəncamı ilə tutulan 175 manat pulun azaldılaraq hər ay 50 manat tutulması barədə ərizəsinə baxılıb yekun qərar çıxarılanadək pensiyasından tutulmaları müvəqqəti dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında izah etdi ki, məhkəmə qətnaməsi əsasında Borclu 18580 manat pul alınaraq ona ödənilməlidir. Qətnamə qanuni qüvvəsini almışdır. Pulun tutulmasının dayandırılmasına razı deyil. Borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; [34] 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; [35] 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; [36] 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; [37] 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(039)-3944/2017 saylı qətnaməsi ilə cavabdeh Borclu 19380 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 19410 manat məbləğində pulun alınıb X4 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qətnamsə ilə Yevlax Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(039)-3944/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(102)-7591/2019 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli 2(107)-2284/2019 saylı qətnaməsi dəyişdirilmiş, cavabdeh Borclu iddiaçı X3 xeyrinə tutulması məbləğ 18580 manat müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(102)-7591/2019 saylı qərarı icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu icra hərəkətlərinin dayandırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, müharibə əlilliyinə görə aldığı 350 manat puldan Nisə Süleymanovaya inkasso sərəncamı ilə tutulan 175 manat pulun azaldılaraq hər ay 50 manat tutulması barədə ərizəsinə baxılıb yekun qərar çıxarılanadək pensiyasından tutulmaları müvəqqəti dayabdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 8(039)-167/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7591/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarına əsasən Müharibə əilliyinə görə aldığı 350 manat puldan Nisə Süleymanovaya inkasso sərəncamı ilə tutulan 175 manat pulun azadılaraq hər ay 50 manat tutulması vəzifəsini icra məmurlarının üzərinə qoyulması barədə Borclu tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, Yevlax rayon İcra və Probasiya şöbəsinin 10 noyabr 2022-ci il tarixli qərarı qüvvədə olduğundan ərizə təmin edilə bilməz. Həmçinin ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ziddir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(102)- 7591/2019 saylı qərarı üzrə icra hərəkətlərinin dayandırılmasına dair Borclu ərizəsi rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar