Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-171/2022 28.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Borclu iştirakı ilə, Kəlbəcər Rayon Məhkəməsinin qəbul etdiyi 2(040)-887/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Elşad Cabbarovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Elşad Cabbarov təqdimatla məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin qəbul etdiyi 2(040)-887/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “VAZ2105” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən Yevlax Rayon Məhkəməsi tərəfindən 8(039)-86/2021 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-887/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə Borclu cəmi 267 manat alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yevlax Rayon Məhkəməsinin 8(039)-86/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ2105” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobili üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri zamanı borclu tərəfindən borc tam şəkildə ödənilmişdir. Belə ki, tələbkar "xxxx" MMC xx.xx.2022-ci il tarixli məktubla şöbəyə müraciət edərək tələbin tam təmin olunduğunu bildirmiş, icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkara məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədiklərinin səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Elşad Cabbarov təqdimatın məzmununa uyğun izahat verərək, məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə Borclu məhkəmə iclasında təqdimatın təmin olunmasını xahiş etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin qəbul etdiyi 8(039)86/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardada əsasən Borclu məxsus olan “VAZ2105” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan götünür ki, Borclu "xxxx" MMC ilə xx.xx.2018-ci il tarixində imzalanmış YVK493524 saylı kredit müqaviləsinə əsasən kredit borcunu xx.xx.2022-ci il tarixində tam ödəmiş və müştərinin Soliton LTD” MMC-yə hal hazırda borcu yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq məcburi icra tədbirlərinin bir növüdür. Həmin Qanunun 45.1ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, icra sənədi üzrə borc məbləği tam olaraq ödənilmiş və məcburi icra tədbiri kimi borclunun avtomobillərin üzərində həbsin saxlanılması zərurəti aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin qəbul etdiyi 8(039)-86/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardada əsasən Borclu məxsus olan “VAZ2105” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-171/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-171/2022
28.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver