Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-173/2022 28.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Borclu iştirakı ilə, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Kamaz-55111 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 1687.76 manat borcu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə “Elektron icra sistemindən əldə edilmiş məlumata əsasən” Borclu mülkiyyətində olan Kamaz-55111 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətlərində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən mülkiyyətində olan mülkiyyətində olan Kamaz- 55111 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkara məlumat verilsə də, məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Kənan Süleymanov təqdimatın məzmununa uyğun izahat verərək, məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə Borclu məhkəmə iclasında izahatında təqdimatı qəbul etməyərək bildirmişdir ki, "xxxx" MMC-dən ilkin 34 manat ödəniş olmaqla hər ay 109 manat ödəniş etməklə “Vestel” markalı televizor almış və nəticədə 20-25 gündən sonra həmin televizor xarab olduğuna görə geri qaytarmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə almışdır. Ona görə də, nə məhkəmə qətnaməsindən nədə icra sənədindən məlumatlı olmamışdır. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayon Məhkəməsinin 2(039)-1124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1648 manat borc və ödənilmiş 39.76 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş elektron icra sisteminin portalından çıxarışdan görünür ki, Borclu mülkiyyətində olan mülkiyyətində olan Kamaz-55111 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu aşkar edilmişdir. Borclu məhkəmənin 2(039)-1124/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini əldə etməməsi səbəbindən həmin qətnamənin ona verilməsi barədə ərizəsindən və mülki iş materiallarından görünür ki, sözügedən qətnamə borcluya təqdim edilməmiş, yalnız sonuncunun hazırki ərizəsinə əsasən həmin qətnamə xx.xx.2022-ci il tarixli məhkəmə qəbzinə əsasən ona verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi icra məmuru borclunun əmlakının üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etsə də, təqdimatına sözügedən avtomobilin müvafiq qeydiyyat vəsiqəsini əlavə etməmiş (“Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş çıxarışı əlavə etməklə kifayətlənmişdir), nəticədə sözügedən avtomobilin borclunun tam və ya ümumbirgə mülkiyyətində olması məsələsi sual altında qalmaqdadır. Həmçinin boclu sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1124/2022 saylı, xx.xx.2022-cu il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-173/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-173/2022
28.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver