Məhkəmə qərarları › İş №8(039)-179/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-179/2022

08.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-179/2022 08.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 Rayon Məhkəməsinin 2(039)-1908/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-1908/2022 №-li, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar X8 uşaqlarla görüş yeri, uşaqların anadan alınaraq tələbkar X9 verilib-verilməməsi, ünsiyyətin ananın müşayiəti altında olubolmaması barədə izah verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəindən verilmiş 2(039)- 1908/2022 saylı, 04 avqust 2020-cixx.xx.2022-ci il tarixli icra sənədi 22 noyabr 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi ilə tanış olan zaman məlum olmuşdur ki, icra sənədində tələbkar X8 uşaqlarla görüş yeri, uşaqların anadan alınaraq tələbkar X9 verilib-verilməməsi (ünsiyyət ananın müşayiəti altında olub-olmaması) bağlı heç bir məlumat əks olunmamamışdır. Ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə borclu Elçin Əhmədova, tələbkar Ayşən Cəfərliyə və icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Məhəmmədəli Qasımzadəyə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 ərizəsi əsassız, qeyd edilən qətnaməyə izah verilməsinə zərurət yoxdur. Mülki Prosessual Məcəllə: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1908/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 övladları xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X10 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 20:00-a kimi, bayram günlərinin bir günü saat 10:00-dan 20:00-a kimi sərbəst şəkildə ünsiyyət hüququnun verilməsi qət edilmişdir. Həmin qətnamənin qət etdi hissəsi tam aydın yazılmış, qətnamədə bu ünsiyyətin sərbəst şəkildə keçirilməsi qeyd edilmiş, ünsiyyətin hər hansı şəxsin iştirakı və ya müşayiəti ilə həyata keçirilməsi isə qeyd edilməmişdir. Qətnamə icra haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1908/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 230-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 Yevlax Rayon Məhkəməsinin 2(039)-1908/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar