Məhkəmə qərarları › İş №8(039)-181/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-181/2022

14.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-181/2022 14.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-482/2022 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-482/2022 nömrəli icra sənədi üzrə xx.xx.1986-cı ildə Yevlax rayonunda anadan olmuş və Yevlax şəhəri, Vaqif küçəsi ev 28-da yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-482/2022 nömrəli icra sənədinə əsasən, Borclu cəmi 100 manat aliment alınaraq X1 xeyrinə ödənilməlidir. Borclu tələbin icra edilməsi üçün bildirş, SMS bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməyərək icra sənədi üzrə olan tələbin icrasını təmin etməkdən və Yevlax rayon icra və probasiya şöbəsinin çağırışına gəlməkdən boyun qaçırmışdır. Nəticədə iş üzə 800 manat alimet borcu yaranmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin icra edilməsi üçün bildiriş və müvafiq xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bilidirişdən görünür ki, Borclu Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun bildiriş göndərmişdir. Borcluya icra qurumuna gəlməsi, habelə icra sənədini icra etməsi barədə xx.xx.2022ci il tarixdə SMS bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-482/2022 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1986-ci ildə Yevlax rayonunda doğulmuş və Yevlax şəhəri Vaqif küçəsi ev 28-da qeydiyyatda olan Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar