Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-183/2022 27.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, icra sənədi üzrə Tələbkar, icra sənədi üzrə borclu Mustafayeva (Əliyeva) Nərmin Çingiz qızının iştirakları ilə, iddiaçı Tələbkar cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1328/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu Mustafayeva (Əliyeva) Nərmin Çingiz qızının ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 2(039)-1328/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Tələbkar cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, X1 cəmi 9693.47 manat pulun alınıb Tələbkar verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Mustafayeva (Əliyeva) Nərmin Çingiz qızı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 2(039)-1328/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair (aylıq 200-250 manat miqdarında) qərardad çıxarılmasını xahiş etmiş və ərizəsində göstərmişdir ki, onun himayəsində iki azyaşlı uşağı var. Adına ipoteka ilə yüklü edilmiş öhdəlik var, özü Kəlbəcər Təhsil İdarəsindən əmək haqqı alsa da, qeyd olunan xərclərinə sərf edir. Borcu bir dəfəyə ödəməyə imkanı yoxdur. İcra şöbəsi ondan pulu tam istəyir, o da hər ayda 200-250 manat hissə-hissə ödəməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Yevlax rayon icra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə ərizəyə onun iştirakı olmadan baxmışdır. İcra sənədi üzrə borclu Mustafayeva (Əliyeva) Nərmin Çingiz qızı məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan məbləği hər ay 200-250 manat olmaqla hissə-hissə ödəyə biləcəyini göstərərək, məhkəmədən Yevlax Rayon Məhkəməsinin 2(039)-1328/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılması xahiş etmişdir. İcra sənədi üzrə Tələbkar məhkəmə iclasında verdiyi izahatında, borc məbləğinin hissə-hissə ödənilməsinin onun mənafeyinə uyğun olmadığını əsas gətirərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmışdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq, borclunun izahatını, tələbkarın fikrini dinləyərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə işə baxmış hakim qətnamənin hissə-hissə icra edilməsinə dair məsələyə baxarkən tərəflərin, yəni borclu ilə yanaşı həm də tələbkarın əmlak vəziyyətini və digər halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını və məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləğin hissə-hissə ayda 200-250 manat olmaqla ödənilməsinin icra sənədi üzrə tələbkarın mənafelərinə zidd olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-1328/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu Mustafayeva (Əliyeva) Nərmin Çingiz qızı tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-183/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-183/2022
27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver