Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-184/2022 29.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, icra sənədi üzrə tələbkar X1, icra sənədi üzrə borclu X2 iştirakı ilə, iddiaçı X1 cavabdehlər X3, X7 və X4 qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-539/2022 saylı iş üzrə qəbul 23 may 2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə icra sənədi üzrə borclu X5 tərəfindən verilmiş ərizəyə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-539/2022 saylı iş üzrə qəbul 23 may 2020-ci il tarixli qətnaməsinin ot tayasının götürülməsi hissəsinin icrasına 2023-cü ilin mart ayındək möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X5 ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(039)-539/2022 saylı qətnaməsi ilə Yevlax rayonu, Kövər kəndində yerləşən iddiaçı X1 RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə gedi-gəliş yolunun üzərindən cavabdehlər X5, X9 və X8 tərəfindən qoyulmuş taxta qapı, dəmir tor və ot tayası götürülməsi qət edilmişdir. Qətnamənin xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsindən əldə etsə də, qətnamə icra olunması üçün Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qətnamənin icrasından boyun qaçırmır. Lakin onların yeganə qazancı yeri torpaqdır. Mardarlıqla məşğul olur. Qətnamədə qeyd olunan ot tayası ona məxsusdur. Hazırda həmin ot tayasının köçürməyə yeri yoxdur. 2023-cü ilin mart ayına qədər həmin otu mallara yedirəcəkdir. İcra məmuru isə ot tayasının dərhal götürülməsini tələb edir. Ona 2023-cü ilin mart ayınadək möhlət vermir. Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yevlax rayon icra və probasiya şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra sənədi üzrə borclu X5 məhkəmə iclasında ərizəsinin mahiyyəti üzrə izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar X6, artıq bir neçə aydır borclunun hərəkətləri nəticəsində mülkiyyətindən olan torpaq sahəsindən məhrum olunduğunu, bildirərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasaən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını və məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini icra sənədi üzrə tələbkarın mənafelərinə zidd olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-539/2022 saylı iş üzrə qəbul etdiyi 23 may 2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə icra sənədi üzrə borclu X5 tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-184/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-184/2022
29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver