Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-186/2022 15.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-1134/2020 saylı icra sənədinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-1134/2020 saylı icra sənədinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-1134/2020 saylı icra sənədinə izah verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. 08 dekabr 2022-ci il tarixdə Yevlax rayоn İcra və Probasiya şöbəsinin icra məmuru X12 məhkəmə qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrası ilə bağlı izah verilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1134/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 01 fevral 2011-ci il təvəllüdlü X8 və 15 fevral 2012-ci il təvəllüdlü X9 ilə hər ayın birinci, ikinci və dördüncü bazar günləri saat 10:00-dan və 18:00-dək olan müddətdə X6 ilə ünsiyyət saxlamaq hüququ təmin edilməlidir. İcra sənədi üzrə tələbkar X6 ərizə ilə Yevlax Rayon icra və Probasiya şöbəsinə müraciət edərək, icra sənədi üzrə borclu X7 rayonu Yuxarı Daşkəsən qəsəbəsində yaşadığı üçün icra sənədinin aidiyyəti üzrə Daşkəsən Rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. İcra sənədi icra olunması üçün Daşkəsən Rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə borclu X7 Rayon İcra və Probasiya şöbəsində izahat verərək, azyaşlı övladı Sadiq Məmmədlinin atasının yanında digər övladı Sahib Məmmədlinin isə Yevlax rayonu Tanrıqulular kəndində yaşayan anası X1 himayəsində yaşadığını bildirmişdir. Daşkəsən Rayon İcra və Probasiya şöbəsinon əməkdaşları tərəfindən bu barədə müvafiq akt tərtib olunaraq icra sənədi Yevlax Rayon İcra və Probasiya şöbəsinə qaytarılmışdır. Görülmüş icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, borclu X10 hazırda Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yaşayır və azyaşlı X8 anası ilə birlikdə yaşamır. Hazırda azyaşlı X20 rayonu Tanrıqulular kəndində ana nənəsi X1 himayəsində yaşayır. Belə olan halda icra sənədinin icrasını həyata keçirməkdə qeyri-müəyyənlik yaranır. Belə ki, nənəsi X5 icra sənədində borclu qismində tanınmır. X5 azyaşlı X3 atası X6 ilə ünsiyyətdə olmasına maneələr yaradır və X1 borclu qismində tanınmaması səbəbindən, onun şöbəyə dəvət olunması və digər məcburi icra tədbiləri hayata keçirilməsi mümkün deyil. İş üzrə tələbkar X6 17.11,2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, belə olan halda Yevlax Rayon Məhkəməsinin 2(039)- 1134/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməsi üçün izah edilməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinə müraciət edilməsini xahiş etmişdir. İş üzrə tələbkarın Yevlax rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizəsində qeyd olunan hal icra sənədinin icrasını təmin olunmasını qeyri-mümkün edir. Belə ki, icra sənədinin icrasını təmin etmək üçün azyaşlı Sadiq Məmmədlini atası ilə ünsiyyətdə olması üçün azyaşlını təqdim etməli olan borclu Gülşən Fərzalıyeva azyaşlı ilə birlikdə yaşamır. İcra prosesində azyaşlı himayəsində yaşadığı, icra sənədində tərəf olmayan şəxsdən icra sənədinin icrasını tələb etmək qanunvericiliyin və icra sənədinin mahiyyətinə ziddir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 230-cu maddəsinə və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən icra sənədinin icra üsuluna (məzmununa) izahın verməsini xahiş etmişdir. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkara məlumat verilsə də, məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Fərhad Əliyev ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyevin ərizəsi əsassız, qeyd edilən qətnaməyə izah verilməsinə zərurət yoxdur. Belə ki, Yevlax rayon Məhkəməsinin 2(039)-1134/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı X2 cavabdeh X11 ilə birgə nikahlarından anadan olmuş 01 fevral 2011-ci il təvəllüdlü X8 və 15 fevral 2012-ci il təvəllüdlü X9 ilə hər ayın birinci. İkinci və dördüncü bazar günləri saat 10:00-dan 18:00-dək olan müddətdə ünsiyyətdə saxlanmaq hüququ təmin edilməsi qət edilmişdir. Mülki Prosessual Məcəllə: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Maddə 31. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, qətnamənin icra olunması qanunvericiliklə müəyyən edilmiş, habelə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində konkret olaraq İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmurunun belə bir ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Göründüyü kimi, sözügedən qətnamənin qət etdi hissəsi tam aydın yazılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 230-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax rayоn İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-186/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-186/2022
15.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver