Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-187/2022 15.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Yevlax Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 iştirakı ilə, Əmlak üzərinə həbs qoyulması barədə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov təqdimatına Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-853/2022 №-li, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələbin, Borclu mülkiyyətində Vaz-21043 markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-853/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdehlər X3 və X5 müştərək qaydada xx.xx.2020-ci il tarixli 3200***-*******01 nömrəli kredit müqaviləsi üzrə 2,676.34 manat əsas borc, 126.73 manat faiz borcu, habelə 48.04 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 2,851 (iki min səkkiz yüz əlli bir) manat 11 (on bir) qəpik iddiaçı "xxxx"ASC -nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə “Elektron icra sistemindən əldə edilmiş məlumata əsasən” Borclu gəliri olmadığı və adına Vaz-21043 minik markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobil olduğu müəyyən edilmişdir. Tələb borclu tərəfindən könüllü ödədilmədiyindən tələbin borcluya məxsus əmlaka yönəldilməsi zərurəti yaranmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iclasında böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu və tələbkar "xxxx" ASC-ə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildrişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanovun çıxışını və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinin tələbinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qanunun yuxarıda sadalanan müddəalarına əsaslanaraq hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-853/2022 №-li, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus "Vaz-21043" minik markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 50.2-ci maddələrini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-853/2022 №-li, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus "Vaz-21043" minik markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №8(039)-187/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-187/2022
15.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver