Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-19/2023 06.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(039)-112/2020 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax şəhəri M.ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına və təqdimata əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(039)-112/2020 saylı icra sənədinə əsasən cavabdeh Borclu 2807 manat ziyan və 30 manat dövlət rüsumu alınıb iddiaçı X3 verilməlidir. Yevlax Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(039)-112/2020 saylı icra sənədi icra оlunması üçün Yevlax rayоn İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 8(039)-49/2022 saylı qərardadı ilə Borclu məxsus Yevlax şəhəri M.ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının üzərinə həbs qoyulmuşdur. Qərardad hüquq və vəzifələrinə toxunan X6 məhkəməyə ərizə ünvanlayaraq, qərardadın ləğv edilməsini xahiş etmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 8(039)-19/2023 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 8(039)-49/2022 saylı qərardadı ləğv edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilə bilməz. İş materiallarında olan çıxarışların surətindən görünür ki, Yevlax şəhəri M.ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası Borclu 20 dekabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. Yəni həmin qeyri yaşayış binasının sahibi iş üzrə borclu deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin 2-ci bəndinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə yuxarıda qeyd olunanlara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(039)- 112/2020 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax şəhəri M.ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yevlax Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(039)-112/2020 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax şəhəri M.ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-19/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-19/2023
06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver