Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-190/2022 23.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən 2(040)-325/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatla məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən 2(040)- 325/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasının təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “VAZ-21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən 2(040)-325/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 3693.68 manat məbləğində borcu alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə elektron icra sistemindən əldə edilmiş məlumatlara əsasən Borclu mülkiyyətində olan “VAZ-21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Bu səbəbdən Borclu mülkiyyətində olan “VAZ-21063” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3693.68 manat məbləğində borcu alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Təqdimata əlavə edilmiş elektron icra sisteminin portalından çıxarışdan görünür ki, Borclu mülkiyyətində olan “VAZ-21063” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil var. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatı təmin olunmalı, Borclu adına qeydə alınmış “VAZ-21063” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış “VAZ-21063” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-190/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-190/2022
23.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver