Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-2/2020 24.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 8(039)-2/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv olunmasına dair X1 şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Borclu X2 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 №-li, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin icrasının hissə-hissə icra edilməsinə, yəni borc üzrə 6,348 manat borcun tələbkar xxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-ə ödənilməsinin hissə-hissə, hər ay 100 manat həddində ödənilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 8(039)-2/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 №-li, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsi təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X4 məhkəməyə şikayət təqdim edərək Yevlax Rayon Məhkəməsinin 8(039)-2/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, ərizənin icraatının təzələnməsinə, tələbin təmin edilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadını xx xxxxxx 2020-ci il tarixdə almışdır. Qanunla müəyyən olunmuş müddəti ötürmədən şikayətini göndərmişdir. Borclu olaraq o, X5 Rayon Məhkəməsinə ərizəm ilə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsinə yəni, borc üzrə 6,348 manat borcun tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-ə ödənilməsinin hissə-hissə hər ay 100 manat həddində ödənilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 №-li, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinı dair borclu o, X6 ərizəsi təmin edilməmişdir. O, hazır ki, şikayətlə müraciət edərək barəsində çıxarılmış məhkəmə qətnaməsi ilə razı deyil. İddaçı xxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-i barəsində ədalətsiz qərarın qəbul edilməsinə nail olduğundan, 6,348 manat onun üzərində qalmışdır. Halbu ki, o, heç bir inzibati xətanı törətməmişdir. Vurulan ziyan onun tərəfindən edilməmişdir. Qeyriobyektiv araşdırılma nəticəsində bu həddə məbləğ 8-10 ildən sonra qaldırılaraq əsassız olaraq üzərinə yüklənilmişdir. O, dövlət adından qətnaməni icra etmək məcburiyyətindədir. Hal-hazırda mübahisə predmei olan 6348 manat onun tərəfindən ödənilməli olduğundan, o, dövlət adından çıxan qətnaməni icra etməyə məcbur olduğundan, həmin ödənişdən imtina etmir. Bu barədə icra orqanına da bildirmişdir. Ancaq qətnamənin icra edilməsini hissə-hissə yerinə yetirmək istəyir. Ödəməni tam ödəyə bilmədiyindən, bütün bunlara cavab verməyən maddi imkansızlığıdır, xəstə azyaşlı uşağının olması səbəbindən o, hazırda eyni tələblə məhkəməyə müraciət edir. Çünki başqa cür imkanı mövcüd deyildir. İş axtaran kimi məşğulluq mərkəzinə müraciət etmişdir. Qeydiyyata alınmışdır. Bir azyaşlı uşağı var. Son dərəcə çətin və ağır şəraitdə yaşayır. Yaşamağa nə evi, nə də hansı bir əmlakı mövcüd deyildir ki, o, qeyd olunan pul məbləğini birdəfəlik ödəsin. Əsl reallıq və həqiqət odur ki, o, bu çətin vəziyyətdə müəyyən olunan rüsumlardan da yayınmayaraq qətnamə üzrə borcu ödəmək istəyir. Bu səbəbdən də, onun ailə və yşayış şəraitini, maddi imkansızlığını, işsizliyini, bir azyaşlı uşağının olmasını, ailəli olmasını, heç bir əmlakının və qazancının olmamasını nəzərə almaqla, qətnamənin hissə-hissə icra edilməsi üçün müvafiq qətnamə qəbul edilməsini istəyir. Yevlax Rayon Məhkəməsi qeyd etdiyi hallarla bağlı ədalətli mövqe ortaya qoymamışdır. O, həm ədalətsizliyin qurbanı olmuş, həmdə çətin və ağır vəziyyətində bu həddə məbləği ödəsin. O, ödənişdən imtina etmir. Ancaq ödəmək üçün hissə-hissə ödəmə üçün ona şərait yaradılmasını istəyir. Bütün bunların zəminində məhkəmə tərəfindən qeyd etdiyin hallara məhkəmə müstəvisində qiymət verilməsini istəmişdir. Qanunların yol verdiyi bu güzəştli qaydalardan istifadə etmək onun da haqqıdır. Hesab edir ki, bu kimi hallardan onun məhrum edilməsi onun hüquqlarını pozur. Ona görə də, o, Yevlax Rayon Məhkəməsinin hazır ki, qərardadı ilə razı deyil, həmin qərardadın şikayət edərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini istəyir. X13 iclas zamanı iddia şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Şikayətdə qeyd olunan dəlilləri araşdırıb iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayətdə qeyd olunan dəlillər iş üzrə Yevlax Rayon Məhkəməsinin 8(039)-2/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv üçün əsas ola bilməz və bu səbəbdən şikayət təmin edilməməlidir. X1 şikayəti təmin edilmədiyindən şikayət mülki işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İş üzrə X1 Yevlax Rayon Məhkəməsinin 8(039)-2/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməsin. Şikayət, mülki işlə birlikdə 7 (yeddi) gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №8(039)-2/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-2/2020
24.01.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver