Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-27/2022 25.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Təqdimat vermiş Yevlax RİPŞ-nin icra məmuru Qorxmaz Əsgərovun iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-109/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədi üzrə “borclunun məcburi gətirilməsinə” dair Yevlax RİPŞ-dan daxil olmuş təqdimata baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-109/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədinə əsasən, maddi zərərin əvəzi olaraq 1338 (bir min üç yüz otuz səkkiz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul cavabdeh Borclu alınaraq tələbkar X1 verilməlidir. Yevlax Rayon Məhkəməsinin 2(039)-109/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədi icra olunması üçün Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax RİPŞ-in icra məmuru Qorxmaz Əsgərov təqdimatı müdafiə edərək izah etdi ki, Borclu borcu var. Lakin Borclu dəfələrlə xəbərdarlıq olunmasına və Yevlax RİPŞ-nə çağırılmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini, üzrsüz səbəbdən Yevlax RİPŞ-nə gəlmədiyini və yaranmış borcunun onun tərəfindən ödənilməli olmasını göstərib, borclunun məcburi qaydada icra şöbəsinə gətirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov təqdimatı müdafiə edib göstərilənləri təsdiq edərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-109/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Yevlax RİPŞ-nə məcburi qaydada gətirilməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2-ci, Azərbaycan Respublikası MPM-in 231, 263- 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-109/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yevlax rayonu, Varvara kəndində yaşayan Borclu Yevlax RİPŞ-nə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yevlax RPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-27/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-27/2022
25.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver