Məhkəmə qərarları › İş №8(039)-30/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-30/2022

10.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-30/2022 10.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Borclu Tələbkar iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2462/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə işlə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2462/2021 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 7500 manat pul və 95 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. İcra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2462/2021 saylı qətnaməsinin hissəhissə icra edilməsinə dair, yəni hər ay 50 manat olmaqla icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında ərizəni müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(039)-2462/2021 saylı qətnaməsi ilə ondan 7500 manat pul və 95 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. O dövlətin adından çıxarılmış qətnamənin icra edilməsinə etiraz etmir. Hər ay 100 manat aliment ödəyir. Bostan əkməklə məşğul olur. Bostan mövsümündə pulun bir hissəsini ödəyəcək. Həmçinin evi satlığa qoymuşdur. Evi nə vaxt satsa pulu bir dəfəyə ödəyəcək. Tələbkar məhkəmə iclasında ərizəni qəbul etməyərək izah etdi ki, məhkəmə qətnaməsi ilə pulun cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Borclu hər ay borcu 50 manatdan ödənilməsi uzun müddət çəkəcəkdir. Həmin müddət ərzində o puldan səmərəli istifadə edə bilər. Bu səbəbdən də pulun tam şəkildə ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata kecirilməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qrumununu rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, borcu qətnaməni icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən təkcə borclunun deyil, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Yəni borcun hər ay 50 manat ödənilməklə borcun tam ödənilməsi tələbkarın mənafeyinə ziddir, buna görə də ərizə rədd edilməlidir. “Məhkəmə qətnaməsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-cı il tarixli, 4 saylı qərardadından görünür ki, məhkəmələr nəzərə almalıdrlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üslubunun və ya qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyinin də nəzərə almalıdırlar. Qanunun mənasına və məzmununa görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Məhkəmə hesab edir ki, Borclu borcunu hər ay 50 manat miqdarında ödəməsi bütövlükdə borcun ödənilməsinin uzun müddətdə başa çatması deməkdir. Bu isə tələbkarın mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2462/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə Borclu ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar