Məhkəmə qərarları › İş №8(039)-30/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-30/2023

17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-30/2023 17.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi Borclu iştirakı ilə, İddiaçı Tələbkar ASC-nin cavabdeh X4 qarşı “ipotek predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə ərizəçi Borclu tərəfindən verilmiş “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar ASC cavabdeh X4 qarşı “ipotek predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, “VAZ 21902” markalı, **-BX-*** qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi bərədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tələbkar ASC həmçinin iddianı təminetmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh X2 olan ipoteka predmenti “VAZ 21902” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı boz metalı rəngli, mühərrik-**********04, ban XTA219020D0117493, sedan tipli maşının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar ASC tərəfindən cavabdeh X4 qarşı iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən cəmi 6119.40 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq Tələbkar ASC-yə ödənilməsi və tutmanın Banka ipoteka qoyulmuş X4 məxsus “VAZ 21902” markalı, **-BC-*** qeydiyyat nişanlı (buraxılış ili: 2013, sedan tipli, mühərrik-**********04, ban: XTA219020D0117493, rəngi: boz metal) minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiyməti müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin X3 Tələbkar ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X4 məxsus “VAZ 21902” markalı, **-BX-*** qeydiyyat nişanlı, minik avtomobilinin üzərinə həbsin qoyulması üçün Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı çıxarılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişinə əsasən hərrac təşkil olunmuşdur, Daşınar və daşınmaz əmlakın satış üzrə hərrac mərkəzinin xx.xx.2017-ci il tarixli, 29/02 saylı protokoluna əsasən girov predmeti olan “VAZ 21902” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil 2125 manat məbləğində onun tərəfindən açıq hərrac vasitəsi ilə alınmış və avtomobilə Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi tərəfindən **-DZ-*** dövlət qeydiyyat nişanı verilməklə onun adına rəsimləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Borclu ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Bankın nümayəndəsi X6 məhkəməyə ərizə göndərərək, işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək hesab edir ki, ərizəçi Borclu həbsin götürülməsi barədə ərizəsi təmin olunmalıdır. Yevlax Rayon Məhkəməsinin qəbul etdiyi 2(039)-2672/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadına əsasən X2 olan ipoteka predmenti “VAZ 21902” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı boz metalı rəngli, mühərrik-**********04, ban XTA219020D0117493, sedan tipli maşının üzərinə həbs qoyulması qərara alınmışdır. 15 may 2017-ci il tarixli 29/01 saylı X5 X1 Protokolundan görünür ki, X4 məxsus “VAZ 21902” markalı, **-BX-*** dövlət nömrəli nişanlı minik avtomobili hərrac vasitəsi ilə 2125 manata alıcı Borclu satılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İş materiallarından da göründüyü kimi Yevlax Rayon Məhkəməsinin 2(039)- 2672/2015 saylı, 12 noyabr 2015-ci il tarixli qərardadı ilə “VAZ 21902” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomabilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-2672/2015 saylı, 12 noyabr 2015-ci il tarixli qərardadı ilə “VAZ 21902” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomabilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar