Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-32/2024 15.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Borclu və vəkili X1 Tələbkar iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsi üzrə icra işinin icraatına möhlət verilməsinə dair Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu ünvan 1 ünvanında yerləşən 0.36 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmidir. Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəni müdafiə edərək izah etdi ki, 10 ildir həmin evdə yaşayır. Öz evi olub, onu satıb sözügedən evi tikdirmişdir. Süpürgəçi işləyir. Boşandıqdan sonra ev onun xəbəri olmadan rəsmiləşmişdir. Evdə hazırda o qızı ilə yaşayır. Möhlət ərzində o özünə ev tapacaq. Başqa yaşayış yeri olmadığından ev tapmaq üçün möhlət istəyir. Borclu vəkili X2 ərizəni müdafiə edərək izah etdi ki, hazırda qış vaxtıdır. Havalar soyuqdur. Bunları nəzərə alaraq, həmçinin özünə yaşayış yeri tapmaq üçün möhlət verilməsini xahiş edir. Tələbkar ərizəni qəbul etməyərək izah etdi ki, iki dəfə Yevlaxda məhkəmə olub, iki dəfə də Şəkidə. O möhlət verilməsinə razı deyil. Öz evində yaşamaq istəyir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu ünvan 1 ünvanında yerləşən 0.36 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmidir. Hazırda borclu ona 6 ay möhlət verilməsini istəyir. Tələbkar möhlətin verilməsinə razı deyil. Məhkəmə qeyd edir ki, hazırda qış fəslidir. Havalar soyuq keçir. Hazırda borclunun evdən çıxarılması ilə yanaşı onun himayəsində olan uşaq da nəzərə alınmalıdır. Borclunun hazırda evdən çıxaraq başqa yaşayış yerinin olmaması da nəzərə alınmalıdır. Lakin tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Borcluya möhlət verilərkən möhlətin müddəti yeni yaşayış yerinin tapması üçün və hazırki qış mövsümü nəzərə alınaraq verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsi üzrə icra işinin icraatına 01 aprel 2024-cü il tarixdək möhlət verilməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsi üzrə icra işinin icraatına 01 aprel 2024-cü il tarixdək möhlət verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-32/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-32/2024
15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver