Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-33/2023 17.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, icra sənədi üzrə tələbkarın nümayəndəsi X3, icra sənədi üzrə borclu hüquqi şəxsin direktoru Borclu iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Tələbkar ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Borclu qarşı kredit məbləğinin geri qaytarılması, ipoteka və girov predmetlərin tutmanın yönəldilməsi, daşınmaz əmlakların boşaldılması tələbinə dair iddiası üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-143/2022 saylı iş üzrə qəbul 16.112022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə icra sənədi üzrə borclu hüquqi şəxsin direktoru Borclu tərəfindən verilmiş ərizəyə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-143/2022 saylı iş üzrə qəbul 16.112022-ci il tarixli icra sənədi üzrə qətnaməsinin icrasına 06 (altı) ay müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-143/2022 saylı qətnaməsi əsasən iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(039)-1379/2018 nömrəli qətnaməsi dəyişdirilmiş və Yevlax Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13,2 kv.m əsas, 8.8kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 440.000 (dörd yüz qırx min) manat, X1 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadəsində olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli 9 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat, xx.xx.2016-cı il tarixli 038 NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevla-Bərdə yolunun sağ tərəfində yerləşən qeyriyaşayış sahəsinin ərazisində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin ilkin satış qiyməti 220000 (iki yüz iyirmi min) manat müəyyən edilmişdir. Hazırda həmin iş üzrə 2(107)-143/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi Sumqayıt şəhər üzrə İcra İdarəsinin icraatındadır. İcra məmuru ona icra sənədini könüllü icra etməyinə dair xəbərdalıq etsə də, onun həmin borcu bir dəfəyə ödəməyə maddi imkanın və eləcə də hal-hazırda anası X4 ilə birlikdə yaşadıqları ünvan 1 ünvandakı iki otaqlı mənzilindən başqa bir yaşayış evinin və mənzilinin olmadığına görə, əlavə bir gəlir və dolanışıq yerinin olmadığına görə sözügedən qətnamənin icrasına azı 06 (altı) ay möhlət verilməsini daha ədalətli və məqsədəmüvafiq hesab edir. Çünki atası X2 2022-ci ildə vəfat etdikdən sonra onların ailə çox ciddi maddi və digər problemləri meydana çıxıbdır. Yevlax rayon icra və probasiya şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra sənədi üzrə borclu hüquqi şəxsin direktoru Borclu məhkəmə iclasında ərizəsinin mahiyyəti üzrə izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə tələbkarın nümayəndəsi Şahmar Ağakişiyev məhkəmə iclasında verdiyi izahatında, icra sənədinin icrasına möhlət verilməsinin tələbkarın mənafeyinə uyğun olmadığını əsas gətirərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasaən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin məcəllənin 231.4-ci maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin məcəllənin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını və məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin yalnız ipoteka saxlayanın razılığı ilə yol verilməsini, habelə bunun icra sənədi üzrə tələbkarın mənafelərinə zidd olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-143/2022 saylı iş üzrə qəbul 16.112022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə icra sənədi üzrə borclunun nümayəndəsi Borclu tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-33/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-33/2023
17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver