Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-34/2022 26.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, "xxxx" ASC-nin Nizami rayon İcra və Probasiya şöbəsinin 25 dekabr 2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Nizami rayon icra və Probasiya Şöbəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Ceyhun Mustafayevin 25 dekabr 2020-ci il tarixli qərarını ləğv edərək Yevlax Rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli 2(039)-1141/2017 saylı icra sənədinin tam icra edilməsindən ötrü yenidən Nizami rayon icra və Probasiya Şöbəsinə yönəltməyinə dair qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin direktoru Zaur İbrahimxəlilov məhkəməyə ərizə ünvanlayaraq, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Bank of Baku” ASC-nin direktoru Zaur İbrahimxəlilov ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, "xxxx" ASC-nin Nizami rayon İcra və Probasiya şöbəsinin 25 dekabr 2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin Nizami rayon İcra və Probasiya şöbəsinin 25 dekabr 2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər "xxxx" ASC-nin direktoru Zaur İbrahimxəlilova qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-34/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-34/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver