Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-35/2023 05.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin qəbul etdiyi 8(039)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardada əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus X4 Yük markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-399/2022 saylı qətnaməsi ilə alqı-satqı müqaviləsinin ləğv edilərək X4 Yük markalı **-UT-*** dövlət nişanlı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququ bərpa edilmiş, avtomobili adına rəsmiləşdirmək istəyən zaman ona məlum olmuşdur ki, Yevlax Rayon Məhkəməsinin 8(039)-36/2022 saylı qərardadı ilə **-UT-*** dövlət nişanlı X4 Yük markalı avtomobilin üzərinə həbs qoyulmuşdur.Məhkəmədən həmin həbsin götürülməsini xahiş edir. Ərizənin baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə borcluya, tələbkara və Yevlax rayon icra və probasiya şöbəsinə məlumat verilsə də, tələbkar, borclu gəlmədiklərindən və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin qəbul etdiyi 8(039)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardada əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-2952/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Vaz 2106 minik markalı ** LN *** dövlət nömrə nişanlı, X6 Minik markalı ** OY *** dövlət nömrə nişanlı və X4 Yük markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-3991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Tələbkar ilə Borclu arasında bağlanmış X4 yük markalı, 2008-ci il buraxışılı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixli alqı-satıq müqaviləsi etibarsız hesab edilsin. xx.xx.2020-ci il tarixli alqı-satıq müqaviləsinin hüquqi nəticələri, yəni Borclu adına verilmiş AD seriyalı, 915537 nömrəli, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat qeydiyyat şəhadətnaməsi ləğv edilsin, X4 yük markalı, 2008-ci il buraxışılı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Tələbkar mülkiyyət hüququ bərpa edilsin və nəqliyyat vasitəsi cavabdeh Borclu alınaraq mülkiyyətçisi Tələbkar qatarılması qət edilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3991/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X4 Yük markalı **- UT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saz vəziyyətdə saxlayıcı X3 götürülərək iş üzrə tələkar Tələbkar etibarnamə üzrə səlahiyyəti nümayəndəsi X1 təhvil verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq məcburi icra tədbirlərinin bir növüdür. Həmin Qanunun 45.1ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Yevlax Rayon Məhkəməsinin 8(039)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən müvafiq icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olmuş X4 Yük markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Tələbkar ilə Borclu arasında bağlanmış X4 yük markalı, 2008-ci il buraxışılı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, sözügedən müqavilənin hüquqi nəticələri, yəni Borclu adına verilmiş AD seriyalı, 915537 nömrəli, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, X4 yük markalı, 2008-ci il buraxışılı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində Tələbkar mülkiyyət hüququ bərpa edilmiş və nəqliyyat vasitəsi cavabdeh Borclu alınaraq mülkiyyətçisi Tələbkar qatarılması qət edilmişdir. Daha sonra isə Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktla X4 yük markalı, 2008-ci il buraxışılı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinə təhvil verilmişdir. Hazırda sözügedən avtomobilinin üzərində həbsin saxlanılması zərurəti aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Yevlax Rayon Məhkəməsinin qəbul etdiyi 8(039)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardada əsasən Borclu adına qeydiyyata alınmış X4 Yük markalı **-UT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-35/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-35/2023
05.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver