Məhkəmə qərarları › İş №8(039)-37/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-37/2020

10.03.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-37/2020 10.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2(039)-332/2013 saylı qətnaməsi ilə tutulmalı olan pul məbləğinin indeksləşdirilməsinə dair X4 ərizəsinə işlə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2(039)-332/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş 7000 manat pulun ABŞ dollarına indeksasiya edilməklə, yəni infilyasiya nəzərə alınmaqla istehlak qiymətləri 2013-cü ildən 2019-cu ilədək faiz nisbəti hesablanmaqla indeksasiya edilməsinə və onun xeyrinə tutulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-332/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X3 7000 manat borc məbləği və 30 manat rüsum xərci alınaraq X1na verilməlidir. X1 xx xxxxx 2014-cü il tarixdə vəfat etmiş və ərizəçi onun hüquqi varisidir. Borcun verildiyi vaxtdan 8 ildən çox vaxt keçmişdir. Artıq 5 ildən çoxdur ki, qətnamə icra mərhələsindədir və Elnarə Hüseynova qətnaməni icra etməkdən qərəzli şəkildə boyun qaçırır. Onun barəsində məcburi qaydada tənbeh tətbiq edilmiş, hətta barəsində cinayət işi qaldırılaraq hökm də çıxarılmışdır. Lakin bu tədbirlər heç bir fayda verməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh X3 7000 manat borc məbləği və 30 manat rüsum xərci alınaraq X2na verilməsi qət edilmişdir. X8 qətnaməni icra etmədiyindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla iki il müddətinə işlah işləri cəzasına məhkum edilmişdir. X2 xx xxxxx 2018-ci il tarixdə vəfat etmişdir. X5 ölmündən sonra vərəsəliyi onun oğlu X7 qəbul etmişdir. X7 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2(039)-332/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş 7000 manat pulun ABŞ dollarına indeksasiya edilməklə, yəni infilyasiya nəzərə alınmaqla istehlak qiymətləri 2013-cü ildən 2019-cu ilədək faiz nisbəti hesablanmaqla indeksasiya edilməsinə və onun xeyrinə tutulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertizadan məlum olmuşdur ki, xx xxxxx 2013-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə X6 ödənilməli olan pul vəsaitinin xx xxxxxx 2019-cu il tarixə hesablanmış carı dəyəri 9835.00 manat məbləğində olması müəyyən edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2(039)-332/2013 saylı qətnaməsinin surətindən məlum olur ki, cavabdeh X3 7000 manat borc məbləği və 30 manat rüsum xərci alınaraq X2na verilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(039)-22/2017 saylı hökmünün surətindən məlum olur ki, X8 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla iki il müddətinə işlah işləri cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx xxxxx 2018-ci il tairxdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx xxxxx 2018-ci il tairxdə ölmüş X5 vərəsəsi oğlu X7 miras əmlakdan tam hissədə pay almışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 12719 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx xxxxx 2013-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə X6 ödənilməli olan pul vəsaitinin xx xxxxxx 2019-cu il tarixə hesablanmış carı dəyəri 9835.00 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində göstərilmişdir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına qiymət verən hesab edir ki, Yevlax Rayon Məhkməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsi ilə alınaraq X1na verilməli olan 7000 manat indeksasiya edilməklə 9835 manat həcmində icra olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci , 263 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi təmin edilsin. Yevlax Rayon Məhkməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsi ilə alınaraq X1na verilməli olan 7000 manat indeksasiya edilməklə 9835 manat həcmində icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar