Məhkəmə qərarları › İş №8(039)-47/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-47/2023

10.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-47/2023 10.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-931/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə təqdim etdiyi təqdimatdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-931/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulmalıdır. Borclu xx.xx.2014cü il təvəllüdlü X4 3 yaşana çatanadək Tələbkar maddi kömək kimi 50 manat məbləğində alimentin ödənilməlidir. İcra sənədinə əsasən onun 11.129 manat aliment borcu yaranmışdır. Borclu ilə əlaqədar könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq icra etməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Borclu Yevlax Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə şöbəyə axtarış qərarı əsasında gətirilmişdir. Borclu şöbədə olarkən, ondan yaranmış borcun ödənilməsini tələb edilmişdir. Lakin yaranmış aliment borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsin müddəti bitdikdən sonra Borclu bir daha yeni müddət təyin edərək, borcunu ödəməsi, ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəti barədə xx.xx.2021-ci il tarixdə xəbərdalıq göndərilmişdir. Lakin borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılsa da, çağırışlara gəlməmişdir. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni tərk etməsi barədə məlumatı olduğunu və bunun üçün müvafiq icra tədbiri görülməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında maddi imkanı olmadığından üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alıb onun iştirakı olmadan məhkəmə iclaslarını keçirilməsini və mahiyyəti üzrə borclu barəsində azadlıqdan məhrum etmə ilə bağlı hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-931/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-ci il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulmalıdır. Borclu xx.xx.2014-cü il təvəllüdlü X4 3 yaşana çatanadək Tələbkar maddi kömək kimi 50 manat məbləğində alimentin ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyevin tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-931/2016 saylı, xx.xx.2016-cı tarixli icra sənədinə əsasən icra icraatına başlanmaq haqqında qərar xx.xx.2016-cı il tarixdə borclu qəbul etmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli, 7176 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi xx.xx.2016-cı il tarixdə qəbul etmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Yevlax rayonu Bəydilli kəndində yaşayan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 3(039)-1025/2020 saylı, xx.xx.2010-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 12 gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Borcluya icra qurumuna gəlməsi, habelə icra sənədini icra etməsi barədə xx.xx.2023-cü il tarixdə SMS bildiriş göndərilmişdir. “İcra Haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərardadı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-931/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə borclu- xx.xx.1982-ci il tarixdə Yevlax rayonu, Bəydilli kəndində anadan olmuş və Yevlax rayonu, Bəydilli kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar