Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-48/2023 11.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Borclu iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-274/2023 №-li, 26 yanvar 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Borclu Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-274/2023 №-li, 26 yanvar 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi, yəni ondan hər ay 50 manat olmaqla Tələbkar verilməsi barədə qərardad çıxarılmasınl xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(039)-381/2022 №-li qətnaməsi Cavabdeh Borclu 1,000 manat, habelə 30 manat ödənilməli olan dövlət rüsumunun əvəzi, ümumi 1,030 (bir min otuz) manat iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. O, qətnamə üzrə müəyyən edilmiş həmin pulu birdəfəyə ödəyə bilmir, himayəsində işləməyən həyat yoldaşı və 2 ayaşlı usage var. Həmin pulu hər ay 50 manat olmaqla Tələbkar ödəyə bilər. Borclu məhkəmə iclasında ərizənin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Tələbkar məhkəmə iclasına gəlməmişdir. Telefon əlaqəsi zamanı Tələbkar məhkəməyə gələ bilmədiyini göstərib Yevlax Rayon Məhkəməsinin 2(039)-274/2023 №-li, 26 yanvar 2023-cü il tarixli qətnaməsinin Borclu tərəfindən hissə-hissə, yəni hər ay 50 manat ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-inn 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə Borclu maddi durumunu nəzərə alaraq Yevlax Rayon Məhkəməsinin 2(039)-274/2023 №-li, 26 yanvar 2023-cü il tarixli qətnaməsi üzrə ödəməli olduğu 1030 (min otuz) manat borcu Borclu 20 ay müddətində hər ay 50 manat, 21-ci ay isə 30 manat tutulmaqla iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-274/2023 №-li, 26 yanvar 2023-cü il tarixli qətnaməsi hissə-hissə icra olunsun. Yevlax Rayon Məhkəməsinin 2(039)-274/2023 №-li, 26 yanvar 2023-cü il tarixli qətnaməsi üzrə ödəməli olduğu 1030 (min otuz) manat borcu Borclu 20 ay müddətində hər ay 50 manat, 21-ci ay isə 30 manat tutulmaqla iddiaçı Tələbkar xeyrinə ödənilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №8(039)-48/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-48/2023
11.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver