Məhkəmə qərarları › İş №8(039)-51/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-51/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-51/2023 30.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 Ucar Rayon Məhkəməsinin 2(063)-743/2018 saylı, xx.xx.20218-ci il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə təqdim etdiyi təqdimatdan görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-743/2018 saylı, xx.xx.20218-ci il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq Tələbkar verilməlikdir. xx.xx.1985-ci il təvəllüdlü Yevlax rayonunda qeydiyyatda olmaqla, Yevlax şəhəri, Şəki Tayı küçəsi ev 21-da yaşayan Borclu icra işi ilə əlaqədar könüllü icra üçün bildiriş təqdim olunmasına, izahatları alınmaq yaranmış alimentin borcunun ödəməsi təklif olunmasına baxmayaraq tələbi icra etməmiş və bu barədə rəsmi olaraq heç bir üzürlü səbəb göstərməmişdir. Hazırda 3375 manat aliment borcu yaranmışdır. Borclu inzibati qaydada həbs olunmuş, aliment bocunu ödəmədiyi və yaşayış yerini gizli saxladlığı üçün axtarışa verilmişdir. Bu səbəbdən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun tərəfindən Ucra Rayon Məhkəməsinin 2(063)-743/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanmaq haqqında qərar qəbul etmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 143941/2022-36-7-003 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Borclu icra sənədini icra etmədiyi halda cinayət xəbərdarlığı bildirişini xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 195-17726-1222 saylı məktubdan görünür ki, Borclu yerinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir və gələcəkdə müsbət nəticə əldə olunması barədə məlumat veriləcəyini bildirilmişdir. Borclu izahatlarından görünür ki, aliment üzrə yaranmış 3375 manat borcunun ödəməyə imkanı olmadığını bildirmişdir. “İcra Haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərardadı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ucar Rayon Məhkəməsinin 2(063)-743/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə borclu- xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş və Yevlax şəhəri, Şəki Tay küçəsi ev 21-da yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar