Məhkəmə qərarları › İş №8(039)-52/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-52/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-52/2023 30.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 iştirakı ilə Ağdaş Rayon Notariat Ofisinin 8İ-916 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi tərəfindən «Çıxarış” verilmiş 5.9 hektar torpaq sahəsinin torpaq hissəsinin 4.9 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına və təqdimata əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Notariat Ofisinin 8İ-916 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 20025 manat məbləğində pul vəsaiti alınaraq X1 xeyrinə ödənilməlidir. Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(039)-994/2021 saylı icra sənədi icra оlunması üçün Yevlax rayоn İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayоn İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 8(039)-52/2023 saylı qərardadı ilə Borclu və ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi tərəfindən “Çıxarış” verilmiş 5.9 hektar torpaq sahəsinin torpaq hissəsinin 4.9 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Borclu məhkəməyə ərizə ünvanlayaraq, qərardadın ləğv edilməsini xahiş etmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 8(039)-52/2023 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 8(039)-49/2022 saylı qərardadı ləğv edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilə bilməz. İş materiallarında olan çıxarışın surətindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 dekabr 2022-ci il tarixli çıxarışla verilmiş torpaq sahəsi beş nəfərin ümumi birgə torpaq sahəsidir. Həmin torpaq sahəsinin üzərinə həbsin qoyulması digər mülkiyyətçilərin, iş üzrə tərəf olmayan şəxslərin mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin 2-ci bəndinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə yuxarıda qeyd olunanlara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Ağdaş Rayon Notariat Ofisinin 8İ-916 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi tərəfindən «Çıxarış” verilmiş 5.9 hektar torpaq sahəsinin torpaq hissəsinin 4.9 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ağdaş Rayon Notariat Ofisinin 8İ-916 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi tərəfindən «Çıxarış” verilmiş 5.9 hektar torpaq sahəsinin torpaq hissəsinin 4.9 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar